Oktyabrın 6-dan 8-dək Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers (CEO)” şirkətinin təşkilatçılığı ilə XI Azərbaycan beynəlxalq təhsil (“Education 2017”) sərgisi keçiriləcək.
Sərgidə Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti də iştirak edəcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sərginin reallaşmasına dəstək göstərəcək.
Sərgi çərçivəsində Azərbaycan ilə yanaşı, Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələrin universitet, məktəb, kollec, təhsil mərkəzləri və kursları təqdim ediləcək.
Yerli ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, Fransız-Azərbaycan Universiteti (UFAZ), Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Texnologiya Universiteti və digər ali təhsil müəssisələri yer alıb.