Mütəmadi olaraq təmsil etdiyi dairədə yaşayan seçicilərlə görüşən, onların arzu və təklifləri, problemləri ilə maraqlanan Milli Məclisin deputatı Pərvin Kərimzadə YAP Gəncə şəhər təşkilatının inzibati binasında fərdi vətəndaş qəbulu keçirib.
Qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən deputat onların müraciət və təkliflərini dinləyib. Vətəndaşlar əsasən sosial şəratin yaxşılaşdırılması, tibbi ehtiyaclarının təmin edilməsi, mənzil-məişət problemləri və işlə təminat kimi məsələlərlə müraciət ediblər.
Müraciətlər nəzarətə götürülüb, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb, müraciətlərin bir neçəsi yerindəcə həll olunub.