Xəbər verdiyimiz kimi Yeni Azərbaycan Partiyası (YAP) və Çin Kommunist Partiyası (ÇKP) arasında əlaqələrin qurulmasının 20 illiyi münasibətilə YAP-ın 19 nəfərdən ibarət nümayəndə heyəti Çində səfərdədir.
Sentyabrın 11-dən 17-ə qədər davam edəcək səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.
Pariyalar arasında əlaqələrin 20 illiyi çərçivəsində Çinin Milli İnkişaf və İslahatlar Komissiyasında mütəxəssislərin iştirakı ilə “Bir Kəmər, Bir Yol” konsepsiyası, quruculuğu və hazırki durumuna dair iclas və müzakirə keçirilib. Çıxış edənlər bu layihənin mahiyyəti və perspektivi haqqında geniş məlumat veriblər.
Qeyd edək ki, YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev YAP-ın 19 nəfərdən ibarət nümayəndə heyətinin tərkibində yer alıb.
Səfər davam edir.