8 Noyabr – Zəfər Günü münasibətilə cari ilin 22 oktyabr – 8 noyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı keçirilir. Festival çərçivəsində F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Rəqs Ansamblının təqdimatında “Mənim Azərbaycanım” adlı konsert proqramı reallaşıb.
Tədbirdə ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri qonaq qismində iştirak ediblər.
Tarixi qələbəmizə həsr olunmuş konsert proqramında Azərbaycan Dövlət Rəqs Ansamblı tərəfindən bir-birindən maraqlı rəqslər nümayiş olunub.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.