Nadir kosmik fenomen dekabrda baş tutacaq. Onu hər yerdən görmək mümkün olacaq.
Yupiter və Saturn ikiqat planet kimi görsənəcək.
21 dekabr insanlar gün batdıqdan sonra qeyri-adi fenomen görə biləcəklər: Yupiter və Saturn bir-birlərinə minimum məsafədə yaxınlaşacaq. Rays Universitetinin alimlərinin sözlərinə görə, bu planetlər iyirmi on ildən bir bir araya gəlir, lakin yaxınlaşacaq astronomik “şou” əvvəlkilərdən fəqrlənəcək.
İş orasındadır ki, bu planetlər çoxdandır bir birlərinə yaxın olmayıb. Belə birləşmə ən son 4 mart 1226-cı ildə baş verib. Alimlər bildiriblər ki, Yupiter və Saturn ikiqat planet kimi görsənəcək.
Mütəxəsislər hadisənin Planetin hər yerindən görünəcəyinə əmindilər. Əlbəttə ki, göy açıq və aydın olarsa.
Buna baxmayaraq, planetləri müşahidə etmək üçün ən yaxşı şərtlər ekvator yaxınlığında olacaq. Yupiter və Saturnun yaxınlaşmağını izləyə bilməyənlər ona gələn dəfə 2080-ci ildə baxa bilərlər. Sonra isə onlar 2400-ci ilə qədər fasilə götürəcəklər.
Tərcümə etdi: Cəmilə Hacıyeva
hi-tech.mail.ru