Yeni TV-Bələdiyyə seçkilərinin gedişini yerindən canlı çatdırmaq üçün regionlarla bağlantı qurub. YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov canlı bağlantıya qoşularaq regionlarda səsvermənin təşkili ilə bağlı görülən işlərdən danışıblar.
yenigence.com Yeni TV-nin videomaterialını təqdim edir: