Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü münasibəti ilə Gəncə şəhərində silsilə tədbirlər davam edir.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunan növbəti tədbir Gəncə Dövlət Universitetində keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri açıq elan edən Gəncə Dövlət Universiteninin rektoru, professor Yusif Yusibov Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının ölkə və bölgə miqyasında ən böyük partiya olduğunu qeyd edib. Yeni Azərbaycan Partiyasının 30 illiyi ilə əlaqədar partiya veteranlarının xalqa, cəmiyyətə və dövlətə göstərdikləri fədakar fəaliyyətin yüksək qiymətləndirilməsindən bəhs edib. Həmçinin, Yeni Azərbaycan Partiyasının, Ümumilli Lider Heydər Əliyevin siyasi kursuna hər zaman sadiqlik nümayyiş etdirən, Onun laiqli davamçısı Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə daha da böyüdüyüyünü qeyd edib. Partiya üzvlərinə uğurlar arzu edən professor Yusif Yusibov, Yeni Azərbaycan Partiyasnın ölkəmizin siyasi və ictimai həyatında prioritet təşkil edən məsələlərdəki müstəsna rolundan da bəhs edib.
YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov öz çıxışında YAP-ın ölkəmizdə ən nüfuzlu partiya olmasını bir daha qeyd edərək xatırladıb ki, Yeni Azərbaycan Partiyası, Ulu Öndər Heydər Əliyevin miras qoyduğu ideyalara, Azərbaycançılıq məfkurəsinə hər zaman sadiq olub.
Nurəddin İbrahimov onu da qeyd edib ki, partiya, Ulu Öndərin varisi, Prezident cənab İlham Əliyevin siyasətinə və fəaliyyətinə hər zaman dəstək olan üzvlər öz Sədrinin ətrafında sıx birləşib. Və heç bir qüvvə Azərbaycandakı bu xalq iqtidar birliyini poza bilməz. Həmçinin, Nurəddin İbrahimov, partiyamızın qarşıdakı hədəflərinin VII qurultayda qəbul edilən yeni Nizamnamə və Proqrama əsasən həyata keçiriləcəyini qeyd edib.
Daha sonra çıxış edən, Gəncə Dövlət Universitetinin, humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva partiya veteranlarına və üzvlərinə gələcəkdəki fəaliyyətlərində uğurlar arzu edib. O, Qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyev rəhbərliyi ilə ölkəmiz günü-gündən çiçəklənməkdədir. Biz qalib ölkə olaraq dövlətimizin uğurları ilə hər zaman fəxr edəcəyik.
Gəncə Dövlət UniversitetininTarix kafedrasının dosenti Cavid Bağırzadə də öz növbəsində çıxış edərək Yeni Azərbaycan Partiyasının 30 illiyi ilə bağlı bütün partiya üzvlərinə və fəallarına gələcəkdəki fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib. 90-cı illərdə ölkəmizdə baş verən siyasi böhranın dövlətimizə və xalqımıza vurduğu zərbələri xatırladan Cavid Bağırzadə Ulu Öndərin məhs o dövrdəYeni Azərbaycan Partiyasını təsis etməsininin, tarixi zərurətindən də bəhs edib.
Azərbaycan və Dünya Ədəbiyyatı kafedrasının dosenti, Səba Namazova çıxışını Ulu Öndərin sözləri ilə başlayıb. Yeni Azərbaycan Partiyası dünənin, bugünün və sabahın partiyasıdır! Həmçinin ökəmizin yeni uğurlarından danışan dosent Səba Namazova qeyd edib ki ölkəmizin əldə etdiyi yüksək naliyyətlərdə Partiyanın müstəsna rolu var.
Tədbirin sonunda, Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin 2-ci kurs tələbəsi Nigar Məmmədova “Yaşa, Yeni Azərbaycan Yaşa!” şeirini səsləndirib.