Yeni Azərbaycan Partiyası Gəncə “Sukanal” Törəmə Səhmdar Cəmiyyəti ərazi ilk partiya təşkilatının iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələ YAP Gəncə “Sukanal” TSC ərazi ilk partiya təşkilatında yeni sədrin seçilməsi idi.
Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olaraq Azərbaycanın inkişafı naminə çalışdığını söyləyən YAP Gəncə şəhər təşkilatı ideoloji şöbənin baş məsləhətçisi, dosent Hüseyn Budaqov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın mütərəqqi bir dövlətə çevrilib, xalqımız daha firavan həyata qovuşub.
Hüseyn Budaqov YAP Gəncə şəhər təşkilatının fəaliyyətindən danışaraq, bildirib ki, təşkilat mütərəqqi iş təcrübəsi toplayaraq günü-gündən siyasi və ideoloji cəhətdən daha da mətinləşib, daha da zənginləşib.
Tədbirdə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dəyərlərinin yüksək səviyyədə qorunması və daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayı günü-gündən artmaqdadır.
Sonra ərazi ilk partiya təşkilatının İdarə Heyətinin üzvləri və partiya fəallarının yekdil qərarı ilə Ümid Şükürov Yeni Azərbaycan Partiyası Gəncə “Sukanal” TSC ərazi ilk partiya təşkilatına yeni sədr, Eltac Quliyev isə sədr müavini seçilib.
Sonda Ümid Şükürov ona göstərilən etimada görə təşəkkürünü bildirib,ona göstərilən etimadın öhdəsindən layiqincə gələcəyini qeyd edib.