YAP Gəncə şəhər təşkilatının 160 saylı (Məhsəti qəsəbəsi) yeni ərazi partiya təşkilatı yaradılıb.
Tədbiri giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, cəmiyyətdə artan nüfuzundan, milyonların partiyasına çevrilməsini şərtləndirən amillərdən bəhs edib.
Tarixi Zəfərimizə yol açan uğurlarımızda Yeni Azərbaycan Partiyasının öz payı, rolu olduğunu xüsusi ilə qeyd edən Nurəddin İbrahimov böyük qürur hissi ilə qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın üzvüyük. Azərbaycanımızın daha da qüdrətlənməsinə öz töhfəmizi vermək üçün səylərimizi artırmalıyıq.
Yığıncaqda çıxış edənlər bildiriblər ki, yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyası bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirməklə cəmiyyətin avanqard qüvvəsi olduğunu bir daha təsdiqləyir. 30 illik yubileyini yeni qərarlarla, yeni vəzifələrlə qeyd edən partiyanın hər bir üzvü Azərbycanın dünəninin, bu gününün və gələcəyinin əsası kimi dəyərləndirilən Heydər Əliyev ideyalarının təbliğatçılarıdır.
Sonra təşkilati məsələyə baxılıb.
Kəmalə Şahverdiyeva yeni yaradılan ərazi partiya təşkilatının sədri, Tufan Mirzəyev isə sədr müavini seçiliblər.
Tədbir iştirakçıları yeni yaradılan ərazi partiya təşkilatının yeni tərkibinə fəaliyyətlərində uğurlar arzulayıblar.