2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində YAP Gəncə şəhər təşkilatının fəal gəncləri seçicilərə bukletlər paylayıblar.
Təbliğat – təşviqat kampaniyasına uğurla qoşulan gənclər Gəncə şəhərinin ərazisində, insanların çox olduğu məkanlarda, istirahət parklarında vətəndaşlara prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevin seçkiqabağı platformasını əks etdirən bukletlər paylayıblar.
YAP Gəncə şəhər təşkilatının fəal gənclərinin həyata keçirdiyi aksiya şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
FOTO