YAP Gəncə şəhər təşkilatında 2021-2022-ci tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərərək Gəncə şəhər ümumtəhsil məktəblərinə təyin olunan müəllimlərlə görüş keçirilib.
Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, millət vəkili Müşfiq Cəfərov, müəllim adını qazanmış gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları respublikamızın ərazi bütövlüyünün qorunması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ramil Orucov yüksək nəticə əldə edərən müəllimləri təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıb. O, Azərbaycanın son illər təhsil sistemində əldə etdiyi uğurlardan və təhsil sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışıb.
Millət vəkili Müşfiq Cəfərov Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə respublikamızın hər yerində olduğu kimi Gəncə şəhərində də inşa edilən, müasir standartlara cavab verən yeni məktəb binalarının, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinin Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Görüşdə müəllim adı qazanmış Günay Novruzzadə Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbinin tarix müəllimi 99,75 bal , Röyal Mehdizadə Gəncə şəhər 26 nömrəli məktəb-liseyin tarix müəllimi 97,5 bal , Pərvanə Məmmədova Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta məktəbin tarix müəllimi 96,75 bal və Lamiyə Aydınova Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi 95 balla yüksək nəticə göstərən müəllimlər çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
Sonda yüksək nəticə əldə edən müəllimlər YAP Gəncə şəhər təşkilatının fəxri fərmanı ilə təltif ediliblər.