YAP Gəncə şəhər təşkilatında cəmiyyətdə ixtisaslı və bacarıqlı kadrların formalaşmasına dəstək olmaq məqsədi ilə həyata keçrilən “Təcrübə proqramı” fəaliyyətini uğurla davam etdirir.
“Təcrübə proqramı”nın növbəti tədbiri Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, “Gələcək Naminə” İctimai Birliyinin sədri Rəvan Cəfərli, “Güvən” Xeyriyyə İctimai Birliyinin sədri Nigar Bayramlı, Layihələr üzrə ekspert, “Təcrübə proqramı”nın rəhbəri Tural İsaqov və gənclərin iştirak etdiyi tədbirdə Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirən ölkə Başcısı, Prezident cənab İlham Əliyevin dəsdəyi ilə yürüdülən gənclər siyasətininin Azərbaycanda uğurla davam etdirildiyindən danışılıb.
Eyni zamanda, dövlətin gəncliyin inkişafına qayğısından bəhs edilib, həyata keçirilən islahatların, layihələrin yüksək intellektual biliyə və bacarıqlara malik Azərbaycan gəncliyinin formalaşması üçün əlverişli mühüt yaratdığı vurğulanıb.
Qeyd edək ki, təcrübə proqramında gənclərin dünyagörüşünün, intellektual səviyyələrinin artırılması, müstəqil ixtisas seçimini təbliğ etməklə gələcəkdə peşəkar kadrların yetişdirilməsi istiqamətində maarifləndirici işlər aparılır.