Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında mütəmadi olaraq partiya fəalları ilə görüşlər keçirilir.
54 saylı ərazi partiya təşkilatında keçirilən görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, təşkilatın əməkdaşları, partiya fəalları iştirak ediblər.
Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz üçün gördüyü işlərdən danışıb və dahi şəxsiyyətin həyatının Azərbaycanın taleyi ilə bağlı olduğunu qeyd edib. Dahi şəxsiyyət Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynadığını xüsusi ilə vurğulayan Bayram Aslanov bildirib ki, Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsi xalqın partiyanın sədrinə olan sevgisindən qaynaqlanır. Zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.
Tədbirdə YAP-ın VII Qurultayından sonra ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsindən, Azərbaycan Respublikasının Prezidenti, YAP sədri, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətdən, 44 gün davam edən Vətən Müharibəsində əldə olunmuş qələbədən, sülh prosesi və Ermənistanın bu prosesi uzatmaq üçün apardığı anti-Azərbaycan təbliğatı və digər məsələlərdən bəhs edilib.
Sonra sual və təkliflər dinlənilib.