YAP Gəncə şəhər təşkilatında fəal gənclərlə görüş keçirilib.
Əvvəlcə, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək, ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bəhrələrindən, dövlət gənclər siyasətinin uğurla həyata keşirilməsindən, Azərbaycan xalqının tarixinə Zəfər seçkisi kimi yazılan 7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar Prezident seçkilərində gənclərin üzərlərinə düşən vəzifələrin öhdəsinən layiqincə gəldiyindən danışıb. O, qeyd edib ki, Azərbaycan xalqı uzun müddət azadlıq və müstəqillik uğrunda mübarizə aparıb, qurbanlar verib. Bu gün ölkəmiz dünya üçün nümunədir. Bunun üçün də Azərbaycan gəncləri bu gün həm içtimai –siyasi həyatda, həm sosial şəbəkələrdə, həm də seçki kampaniyalarında daha fəal olmalıdırlar.
Gənclərimizin əsas məsuliyyətinin savadlı vətəndaş olaraq ölkəmizin dayanıqlı inkişafına töhfə vermək olduğu qeyd edən Bayram Aslanov onu da vurğulayıb ki, müstəqil dövlətimiz və Qalib Liderimiz cənab İlham Əliyevin ətrafında sıx birləşən müasir gənclər Azərbaycan Prezidentinin ən böyük dəstəkçisi və uğurlu siyasətinin davamçılarıdırlar.
Çıxış edən gənclər qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması üçün mühüm töhfələr verməkdədir. Bütün bunlar da xalqımızın və gənclərin partiyamızı hər zaman yekdilliklə dəstəkləyəcəyinə təminat verir. Biz gənclər hər zaman olduğu kimi, ölkəmizin inkişafında əlimizdən gələni əsirgəməyəcəyik.
Diskussiya xarakterli tədbirdə gənclərin təklifləri dinlənilib və sualları cavablandırılıb.
Sonda fəal gənclərə YAP Gəncə şəhər təşkilatının Təşəkkürnamələri təqdim edilib.