Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Gənclər Birliyinin iclası keçirilib.
Tədbirdə Gənclər Birliyinin cari fəaliyyəti, qarşıda duran vəzifələr və gənclərin fəallığının daha da artırılması ilə bağlı məsələlər geniş müzakirə edilib.
YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Kamran Abbasov Yeni Azərbaycan Partiyasının hər zaman gəncərin təşəbbüskarlığını dəstəkləməsindən danışıb, onların siyasi fəallığının artırılmasında, asudə vaxtlarının səmərəli təşkilində, beynəlxalq əlaqələrin genişlənməsində partiyanın mühüm rolu olduğunu qeyd edib. O, gənc partiya fəallarını yeni-yeni təkliflər, təşəbbüslərlə çıxış etməyə səsləyib.
Tədbir iştirakçıları çıxış edərək ölkə Prezidenti İlham Əliyevin ətrafinda sıx birləşdiklərini, partiya rəhbərliyinin verdiyi tapşırıqların layiqincə yerinə yetirilməsi üçün hər zaman hazır olduqlarını vurğulayıblar.
Gənclərin geniş və maraqlı diskussiyası ilə davam edən iclas gənclərin fikir mübadiləsi ilə yekunlaşıb.