Ölkələr:
Meksika – 2012-ci ilin fevral ayının 2-də Meksika Senatının qəbul etdiyi qərarda Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırım adlandırılıb.
Pakistan – 2012-ci ilində Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyən qətnamə qəbul edib.
Kolumbiya – 2012-ci il aprelin 24-də Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanıyıb.
Çexiya – 2013-cü il fevralın 19-da Çexiya parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.
Bosniya və Herseqovina – 2013-cü il efvralın 26-da Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.
Peru – 2013-cü ildə Peru Respublikasının parlamentində Xocalı soyqırımı rəsmən tanınıb.
Honduras – Honduras Milli Konqresi 2014-cu ilin 17 yanvar tarixində Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qərar qəbul edib.
Sudan – 2014-cü ildə Sudan Respublikasının parlamenti 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş qanlı hadisələri soyqırımı aktı kimi tanıyıb.
Ruminya – 2013-cü ildə Rumıniya Parlamenti Xocalı Soyqırımı ilə bağlı bəyənat qəbul edib.
57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb. Bununla bağlı təşkilatın bir neçə qətnaməsi var.
Xocalı soyqırımını tanıyan ABŞ ştatları
2011-ci ildə Texas, Nyu-Cersi, 2012-ci ildə Corciya, Men, 2013-cü ildə Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi , Pensilvaniya, West Virginia, Connecticut, Florida, 2014-cü ildə Indiana, 2015-ci ildə Arizona ştatları Xocalı soyqırımını rəsmən tanıyıblar.
news.atv.az