Gəncə Uşaq Evində “Xocalı Harayı” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Uşaq Evinin balaca sakinləri Xocalı faciəsini əks etdirən səhnəçiklər təqdim edib, şeir kompozisiyaları, vətənpərvərliyə həsr olunmuş musiqi nömrələri nümayiş etdiriblər.Uşaq Evinin direktoru Nazilə İsmayılova çıxış edərək, dövlətimizin Xocalı Soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü məqsədyönlü işlərdən, Heydər Əliyev Fondunun başlatdığı təbliğat kompaniyasından, ermənilərin işğalçı siyasətindən, müxtəlif illərdə xalqımıza qarşı törədilən vəhşiliklərdən və bu kimi faciələrə dünya ictimaiyyətinin göstərdiyi münasibətdən söhbət açıb.
Sonda tədbir iştirakçıları Xocalı həqiqətlərindən bəhs edən videoçarxa tamaşa ediblər.