Gəncə Dövlət Universitetinin tələbə-gənclər təşkilatının təşkilatçılığı ilə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalı faciəsi gənclərin gözü ilə” adlı inşa-yazı müsabiqəsi keçirilib.Müsabiqədə Universitetin 8 fakültəsinin tələbələri iştirak ediblər.
Müsabiqənin nəticələri müəyyənləşdirildikdən sonra ilk 3 yerin qalibləri Universitet rəhbərliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Hicran Məmmədova