S.Bəhlulzadə adına Mədəniyyət Sarayında Azərbaycan Gənclər İttifaqının, Azərbaycan Rəqs Assosiasiyasının və Azərbaycan Çerlidinq Birliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan Rəqs üzrə Çempionların Kuboku” müasbiqəsi keçirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə sözügedən müsabiqədə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” Uşaq Rəqs Ansamblı da iştirak edib. Peşəkar baletmeyst Sənan Cavadovun rəhbərlik etdiyi ansaml 7 rəqs nömrəsi ilə çıxış edərək bütün nominasiya üzrə qalib olaraq Azərbaycan Rəqs Kubokunu qazanıb.
Müsabiqənin yekununda Sənan Cavadovun yetirmələri medallar və sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, çempionatda mindən çox iştirakçı müxtəlif yaş qruplarında mübarizə aparıb.