“İntellektual Rezerv”in direktoru Pavel Myasoyedov WhatsApp messencerində göndərilən mesajları silmək üçün cəmi 68 dəqiqə vaxt verildiyini bildirib, – deyə Prime Agency xəbər verib. O qeyd edib ki, bunu həmin müddət keçdikdən sonra da etmək olar, sadəcə smartfonda tarix və saat dəyişdirilməlidir.
“Əvvəlcə cihazın yeni mesajlar qəbul etməməsi üçün smartfonda təyyarə rejimini qurmaq lazımdır. Sonra mesajların göndərildiyi zamana ən yaxın tarix təyin edilməlidir (fərq 68 dəqiqədən çox olmamalıdır)”, – deyə Myasoyedov bildirib.
Mütəxəssisin sözlərinə görə, bu əməliyyatdan sonra messencerdə mesajı silmək, parametrləri və hazırki tarixi qaytarmaq olar.
Mütəxəssis əlavə edib ki, qıraq tətbiqlərdən və ya sinxronizasiya funksiyalarından istifadə edərək silinmiş mesajı oxumaq olar. Ancaq belə funksiya sadəcə Android sistemlərində mövcuddur, – deyə Myasoyedov dəqiqləşdirib.
Tərcümə etdi Cəmilə Hacıyeva