UTECA Avropada təmsil olunub

Polşada Erasmus+ layihəsi çərçivəsində Beynəlxalq təlim həftəsi təşkil olunub. 28 ölkədən 56 nümayəndənin iştirak etdiyi təlimdə Azərbaycan Texnologiya Universitetini Elm və Xarici Əlaqələr Mərkəzinin mütəxəssisi İlahə Qurbanova təmsil edib.

Təlimlər Polşanın Bialistok Texnologiya Universitetində baş tutub. UTECA sözügedən universitetlə Avropa Birliyi tərəfindən maliyyələşən Erasmus+ layihəsi çərçivəsində uzun müddətdir əməkdaşlıq edir.

1 həftə davam edən təlimlərdə universitetlər arası mövcud və perspektiv əməkdaşlıqlara dair məhsuldar müzakirələr aparılıb. Müxtəlif ölkələrin təhsil sistemləri, tələbə və müəllim mübadiləsi, birgə yay məktəbləri və ikili proqramların həyata keçirilməsi gündəlikdə duran əsas məsələlərdən olub.
Geniş fikir mübadiləsi yeni bilik və təcrübələr qazandırıb.

Təlim müddətində mədəniyyət günü keçirilib. İştirakçılar onlara ayrılan guşələrdə mənsub olduqları ölkə və universitetlərə aid materiallar nümayiş etdiriblər, maraqlı təqdimatlarla çıxış ediblər.

Hicran Məmmədova :