Gəncə şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində GDU-da növbəti tədbir keçirilib.
Ulu Öndər Heydər Əliyevin və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
GDU-nun rektor müşaviri Asif Cavadov Azərbaycanda yürüdülən uğurlu gənclər siyasətinin verdiyi bəhrələrdən söz açıb. Asif Cavadov Ulu Öndər Heydər Əliyevinin ölkəmizin tarixində misilsiz xidmətlərini qeyd edərək biildirib ki, onun qoyduğu uğurlu siyasət bu gün dövlət müstəqilliyimizin əsas təminatçısıdır.
YAP Gəncə şəhər təşkilatının əməkdaşı Yüksəl Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi böyük xidmətləri vurğulayaraq qeyd edib ki, bu gün Azərbaycan gəncliyi Ümumilli Liderin ideyalarına sadiqlik nümayiş etdirir. Azərbaycan gəncləri həm ölkənin ictimai-siyasi həyatında, həm də beynəlxalq aləmdə ölkəmizi yüksək səviyyədə təmsil edirlər. Yüksəl Məmmədova tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və qarşıdan gələn Novruz bayramı münasibəti ilə onları təbrik edib.
GDU – nun tarix kafedrasının müdiri Vüsalə Veysəlova Prezident cənab İlham Əliyevin ölkəmizdə təhsilə və elmə göstərdiyi böyük diqqətdən danışıb. Bu siyasətin Ulu Öndərin siyasi xəttinin davamı olduğunu vurğulayan Vüsalə Veysəlova Azərbaycanda savadlı, vətənpərvər gənc nəsilin yetişdiyinidə əlavə edib.