Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-cü ildönümünə həsr olunmuş “Əzm Marafonu” keçirilib.
Tədbir Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının, Azərbaycan Texnologiya Universitetinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev adına Park- Kompleksində reallaşıb.
Marafona şəhərin ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrindən və şəhər sakinlərindən ibarət 500-ə yaxın iştirakçı qatılıb.
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov marafon iştirakçılarına xoş ürək sözlərini bildirdilər.
Marafonun yekununda ilk 3 yerin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
“Əzm Marafonu” xatirə şəklinin çəkilməsi ilə sona çatıb.