Səhiyyə Nazirliyinin tabeliyində olan tibb qurumlarında işləyən həkimlərin də əməkhaqlarında artımların olacağı nəzərdə tutulub. Bunun üçün xüsusi mexanizmlər hazırlanacaq.
AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə müsahibəsində deyib.