Gəncə Dövlət Universiteti Tələbə – Gənclər Təşkilatının dəstəyi, “Aura Park” alış-veriş və əyləncə mərkəzinin təşəbbüsü ilə “Yay konserti” adlı tədbir keçirilib. Açıq havada təşkil edilən konsert proqramını Universitet Tələbə- Gənclər Təşkilatının sədri Orxan Məmmədov açaraq, gənclərin asudə vaxtının səmərəli təşkili üçün yaradılan şəraitə görə Gəncə Dövlət Universitetinin və “Aura Park” alış-veriş və əyləncə mərkəzinin rəhbərliklərinə tələbələr adından təşəkkürünü bildirib.
Tarix-coğrafiya fakültəsinin tələbəsi Danulduz Həsənovanın, “Modern” qrupunun ifa etdikləri xarici musiqilər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.Konsert proqramına öz töhfəsini verən “Akustik”qrupun ifa etdiyi mahnılar tədbir iştirakçılarının zövqünü oxşayıb.
Konsert proqramının daha da maraqlı olması üçün təşkil olunan müsabiqələrdə qalib gələn gənclərin mükafatlandırılması tədbirə xüsusi ahəng qatıb.
Tədbir atəşfəşanlıqla başa çatıb.