Azərbaycan Dövlət Aqrar Universitetində yüksək ixtisaslı mütəxəssislər tərəfindən gənclərin arzu və istəkləri nəzərə alınmaqla 600 tələbəni özündə birləşdirən, müasir standartlara çavab verən yataqxana inşa edilir. 7 mərtəbədən ibarət binada ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təchizat məsələləri yüksək səviyyədə olacaq. 2 nəfərlik 230 otaq,idman zalı, həkim otağı, kitabxana inşa edilib tələbələrin ixtiyarına veriləcək. Yataqxanadan respublikanın müxtəlif bölgələrindən olan tələbələrlə yanaşı, xarici ölkələrdən gələn tələbələr də istifadə edə biləcəklər.
Qeyd edək ki, 2013-cü ildən tikintisinə başlanan mehmanxana tipli yataqxana 2015/2016-cı tədris ili üçün tələbələrin istifadəsinə verilməsi nəzərdə tutulub. Hazırda isə cari ilin sentyabr ayında inşasına başlanacaq 750 nəfərlik daha 2 yataqxana binasının layihəsi hazırlanır.
Hicran Məmmədova