Gəncə Texniki Kollecində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 20 Yanvar səhidlərinin xatirəsinə həsr olunmuş “20 Yanvar-Qəhramanlıq Səlnaməsi”adlı anım tədbiri keçirilib. Dövlət Himni səsləndirildikdən sonra Kollecin direktoru Eldar Əsgərov çıxış edərək,20 Yanvarın xalqımızın yaddaşına qanlı faciə kimi daxil olduğunu, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil etdiyini bildirib.
Tələbələrdən Aynur Əliyeva , Tamam Aslanova cıxış edərək,20 Yanvar şəhidlərinin Vətənə olan sevgisindən,dövlətə,torpağa bağlılıqlarından danışıblar. 20 Yanvar hadisələrinə dair video çarx nümayiş etdirildikdən sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanına gedərək, respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərin qəbirlərini ziyarət edib, məzarları üzərinə qərənfil dəstələri qoyublar.
Hicran Məmmədova