Vətəndaş müraciətlərinə baxılmasında, sənəd dövriyyəsinin təşkilində, ictimaiyyətlə əlaqələrin qurulmasında və hüquqi işlərin tənzimlənməsində səmərəliliyin artırılması məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) inzibati binasında tibb müəssisələrinin əməkdaşları üçün növbəti “Açıq qapı” günü keçirilib.
yenigence.com TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, “Açıq qapı” günündə tibb müəssisələrinin əməkdaşları TƏBİB-in inzibati binası ilə tanış olub, onların müvafiq sahə üzrə məsul şəxslərlə görüşləri təşkil olunub, maraqlandıran məsələlər müzakirə edilib və müvafiq metodik tövsiyələr verilib.
Qeyd edək ki, “Açıq qapı” günləri TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələrini əhatə etməklə davamlı şəkildə təşkil olunacaq.