Hər şey qələbə istəyi, gələcəyə, zəfər çalacağımıza olan inamımız və uzun illərin hərbi hazırlığı sayəsində baş verdi. Azərbaycan oğulları döyüş meydanlarına yollanarkən düşmənə göz dağı vermək və illərin topaq həsrətinə son qoymaq düşüncəsi ilə gedirdilər. Onlardan biri də qəhrəmancasına döyüşən qazi Seymur İbrahimzadə idi.
Bütün Azərbaycanı sevinc gözyaşlarına qərq edən Şuşa zəfərimizin Seymur üçün başlanğıc nöqtəsi bununla belə start götürmüş oldu. Əvvəlcə Füzuliyə gedən qazi, sonra Şuşaya doğru istiqamət alır.
Seymurun da daxil olduğu bölük meşədə hərəkət edərkən ermənilərlə qarşılaşır. Bütün vəziyyətlərə hazırlıqlı olan Azərbaycan əsgəri, təbii ki, bunun da öhtəsindən layiqincə gəlməyi bacarır.
Azərbaycan hərbçilərinin döyüş yolunun sonu qələbə ilə yekunlaşsa da, həmin yolun çətinliyi, ağrı-acıları da var idi. Lakin bu yol qazimiz Seymur da daxil olmaqla heç bir Azərbaycan əsgərini qorxutmurdu.
Qeyd edək ki, dağ xüsusi təyinatlıları Şuşa əməliyyatının uğur qazanmasında önəmli rol oynadılar. Seymur İbrahimzadə də onların erməniləri necə məhv etdiyini dəqiqliklə xatırlayır.
Müsahibə götürdüyümüz qazilərimizin bir qismi düşmənin atəşindən ilahi bir güc sayəsində xilas olduqlarını dilə gətirirlər. Seymur da eyni məqamı bizimlə bölüşdü. Son anda minaatanın mərmisindən necə xilas olduğunu dilə gətirdi.
İnamla başlayan döyüş yolumuz bax beləcə qələbəmizlə sona çatdı. Bu qələbəni bizə yaşadanlara ömür boyu minnətdar olacağıq.