Prezident İlham Əliyev 2018/2019-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Gəncə şəhər 27 saylı fizika-riyaziyyat-kimya təmayüllü məktəb-liseyin məzunu Selcan Məmmədli də təqaüdə layiq görülüb.
DİM tərəfindən keçirilən birinci imtahanda 676 bal toplayan Selcan Məmmədli iyulun 26-da təşkil edilən ikinci imtahanda 700 bal nəticə göstərib. Bu göstərici ilə Selcan Məmmədli həm bu il ali məktəblər üçün keçirilən qəbul imtahanlarında iştirak edən 70 min tələbə içərisində maksimum nəticə göstərən abituriyentdən biri olmağı bacarıb, həm də Gəncə şəhərindən 700 bal toplayan yeganə abituriyent olub.