Hazırda 2020-ci il fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkisinin Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilən təqvim planına görə, deputatlığa namizədliyi irəli sürülmüş şəxslərin imzatoplama kampaniyası gedir.
37 saylı Nizami birinci (Gəncə) Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Kərimzadə Pərvin Orxan qızı seçiciləri ilə görüşüb, onlardan imza toplayıb.
Seçicilər böyük ruh yüksəkliyi ilə Pərvin Kərimzadəyə imzalarını verib, 9 fevral seçki günündə də cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirən ümumxalq partiyasının – Yeni Azərbaycan Partiyasının namizədinə dəstək olacaqlarını bildiriblər.