2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Gəncə şəhərinin Ozan, Məhsəti, Totanlı, Bayan, M,Maqomayev küşələri ərazisində və YAP Gəncə şəhər təşkilatıın Qərargahında seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Milli Məclisin deputatı Müşviq Cəfərov, təşviqat qrupunun üzvləri Əli Həsənov, Cavid Bağirzadə, Sevinc İsgəndərova, Eldar Mehdiyev, Ramil Qasımov və başqaları çıxış ediblər.
Çıxışlarda bildirilib ki, 2023-cü ilin oktyabrında Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin 20-ci ildönümü tamamlandı. Bu, ötən 20 il ərzində tarixinin ən qüdrətli mərhələsinə gəlib çatmış Azərbaycanın milli dövlətçilik tarixi üçün son dərəcə mühüm bir dövrdür. Son 20 ilin tarixi 2003-cü ilin oktyabrında Azərbaycan xalqının nə qədər doğru seçim etdiyini göstərir. Həmin il keçirilən prezident seçkisi müstəqil tariximizin ən həlledici məqamı idi. Xalq Heydər Əliyev siyasətinin davam etdirilməsinə səs verdi. Əgər o vaxt tarix başqa istiqamətdə getsəydi, xalqımızın, dövlətimizin hansı bəlalar, faciələrlə üzləşə biləcəyini təsəvvür etmək çətin deyildi. Müstəqilliyimizin ilk iki ilinin reallıqları əyani şəkildə göstərdi ki, güclü lider olmadan, düşünülmüş siyasət aparılmadan istənilən ölkə, xüsusilə gənc müstəqil dövlət çox ciddi təhlükələrlə üzləşə bilər.
Natiqlər əminliklə qeyd etdilər ki, xalqımızın 20 il əvvəlki seçimi bugünkü Azərbaycanı, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasına gətirib çıxardı. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, həm də daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkə üçün nümunədir. Məhz bunun üçün də 7 fevral prezident seçkisi günündə xalq öz səsini bir daha dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına, inkişafa və tərəqqiyə verəcək.
Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Görüş Yeni Azərbaycan Partiyası Himninin sədaları altında yüksək əhval – ruhiyyədə başa çatıb.