Bu ay Avropa İttifaqının (Aİ) təşkilatçılığı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş baş tutacaq.
Bu barədə Qranadada keçirilən Avropa Siyasi Birliyinin (EPC) 3-cü sammitində iştirak edən Avropa İttifaqı Şurasının Prezident Şarl Mişel “France-Presse”ə açıqlamasında bildirib.
O qeyd edib ki, tərəflərə Brüsseldə keçiriləcək görüş barədə artıq məlumat verilib.
“Mən hər iki lideri oktyabrın sonunadək Brüsselə dəvət edəcəyim barədə məlumatlandırmışam”, – deyə Ş.Mişel bildirib.