“Şans” Tibb mərkəzində “İNCİR and GLOBALY HEALTH” MMC- nin təqdimatı keçirilib.
Təqdimatda qeyd edilib ki, şirkət Azərbaycanda rəsmi olaraq ” HACETTEPE” Universitet və xəstəxanasının rəsmi nümayəndəsidir. Şirkətin məqsədi Gəncə şəhəri və ətraf bölgələrində yaşayan insanları münasib qiymətə Türkiyənin müxtəlif xəstəxanalarına müalicələrini təmin etmək, həmçinin Türkiyə universitetlərində Azərbaycan tələbələrinin təhsilini təmin etmək, orada Azərbaycan həkimlərinin ixtisaslarını artırmaq, müxtəlif yeni üsullarla praktik təcrübəyə yiyələnməsini təmin etməkdir.
Sonda şirkətin bölgə müdiri İsa Qaraxanov yaradılmış şəraitə görə klinikanın müdiri Rəna xanım Bağırovaya təşəkkür edib.