Şamaxı Olimpiya İdman Kompleksində veteran güləşçi, dünya çempionu Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə yeniyetmələr arasında II Respublika turniri keçirilib.
Açılış mərasimində Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov idmanın sərbəst güləş növünün təbliğində və inkişafında xidmətləri olan, bütün ömrünü idmana, eləcə də Azərbaycan-Ukrayna ictimai-mədəni əlaqələrinin inkişafına sərf edən şəxs kimi Oleq Krapivinə Federasiya adından xatirə plaketi təqdim edib.
Turnir zamanı veteran güləşçilər arasında yoldaşlıq görüşü də təşkil olunub. Görüş arenaya toplaşan azarkeşlər tərəfindən maraqla qarşılanıb.
Respublika turnirində müxtəlif bölgələrdən, klub və cəmiyyətlərdən 400-ə yaxın güləşçi mübarizə aparıb. Qalib və mükafatçılar aşağıdakılardır:
26 kq 1. Səxavət Qarayev – Qazax 2. Mirtaqət Heydərov – Şamaxı 3. Elmar Nağıyev – Şamaxı 3. Məhəmmədəli Seyidov – Nardaran GK |
29 kq 1. Süleyman Mirzəyev – Cəlilabad 2. Şamil İsmayılov – Qazax 3. Zeyqəm Qurbanov – Şamaxı 3. Elton Tağıyev – Gəncə |
|
32 kq 1. Zirəddin Bayramov – Şəmkir 2. Rəşid Babazadə – Masallı 3. Məhəmməd Finalasov – Balakən 3. Namus Orucov – Şüa İSM |
35 kq 1. Tofiq Əliyev – Gəncə (TİM) 2. Mürşüd Hüseynov – Azəri GK 3. Tural Əsgərov – Cəlilabad 3. Ağamirzə Mustafayev – Abşeron |
|
38 kq 1. Əsgər Məmmədəliyev – Qazax 2. Ramin Əzimov – Sərhədçi 3. Həzrət Maqsudov – Siyəzən 3. Telman Əliyev – Gəncə |
42 kq 1. Əşrəf Aşurov – Qazax 2. Cavid Abdullayev – Qax 3. Teymur Teymurzadə – Abşeron 3. Emil İsmayılov – Zenit İC |
|
47 kq 1. Zakir Əsədullayev – Astara 2. Abbas Vahidov – Müşfiqabad GK 3. Sahib Dadaşov – TL 3. Rəşad Əzizov – Şağan |
53 kq 1. Rakif Emilov – Şağan 2. Murad Məmmədov – Gəncə 3. Məhəmməd Əliyev – Astara 3. Nadir Əsgərov – Müşfiqabad GK |
|
56 kq 1. Xəyal Poladov – Şamaxı 2. Telman Cəfərov – Qazax 3. Kamran Babayev – Xosrov GK 3. Ağakişi Şıxəliyev – Şamaxı |
59 kq 1. Hüseyn Əmir – Şağan 2. Vahid Əlizadə – Neftçi İSM 3. Əlixan Əzizov – Pəhləvan İK 3. Cavid Quliyev – ROİL |
|
63 kq 1. Səid Abbasov – Xosrov GK 2. Cavidan Xudaverdiyev – Şağan 3. Cavid İsayev – Sumqayıt 3. Bəhram Rüstəmov – Cəlilabad |
66 kq 1. Abdulxaliq Quluzadə – MOİK 2. Cəfərsadiq Muradlı – Cəlilabad 3. Fuad Mayılov – Azəri GK 3. Əlzaman Quluzadə – Nardaran GK |
|
70 kq 1. Fəhmin Mehdiyev – Şamaxı 2. Əbdülmüslüm Məmmədov – Təhsil İC 3. Cavid Abbasov – Xosrov GK 3. Bilal Ələsgərov – Şamaxı |
Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.