Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Park-Kompleksinin ərazisində “Sağlam bədəndə sağlam ruh” devizi altında kros qaçışı və turnikdə dartınma hərəkətləri üzrə yarışlar keçirilib.
Yarışda Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşı polis polkovnik-leytinantı Etibar Həsənov, “Təhsil” RİM-nin Gəncə Şəhər 1 və 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi Publik Hüquqi Şəxsin direktorları Ramil Qasımov və Asif Həsənov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.
Yarışda ümumilikdə 50-dən çox iştirakçı mübarizə aparmış və sonda qaliblər diplom, medal və hədiyyələrlə mükafatlandırılmışdır.




