Sabitliyimizi qorumaq hər birimizin vətəndaşlıq borcumuzdur

Gəncə tarixən öz mədəniyyəti,ziyalları, alimləri, qonaqpərvərliyi ilə seçilən bir şəhərdir. Bu torpaq həmişə yaxşıların qiymətini verib, onu sevib ona dayaq olub.

Bunu yenigence.com-a Gəncə şəhər Endokrinoloji xəstəxananın  baş həkimi Sevda Əsgərova deyib. O, qeyd edib ki, iyulun 3-də, 10-da Gəncə şəhərində baş verənlər bir ziyalı həkim kimi məni də çox narahat edir. Biz hüquqi, dünyavi dövlət qurmuşuq və qurduğumuz müstəqil, suveren bir dövlətin hüquqi varisləriyik. Xalqımızın canı, qanı bahasına əldə etdiyi Milli Müstəqilliyimizi qorumaq hər bir Azərbaycan vətandaşının qeyrət, ləyaqət və şərəf borcudur.

Doğrudur, şəhərdə baş verənlərlə bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanları tərəfindən istintaq işi aparılır və bu hadisə öz hüquqi həllini tapacaq. Lakin bəzi mətbu orqanlarında, sosial şəbəkələrdə yayılan qərəzli, təxribat xarakterli informasiyalar cəmiyyətimizdə qeyri-obyektiv fikirlərin formalaşmasına zəmin yaradır. Biz-Vətənini, xalqını sevən, ölkəmizin sabitliyinin daimi olmasını istəyən vətəndaşlar buna yol verməməliyik. Hər kəs bacardığı çərçivədə dövlətimizi, dövlətçiliyimizi xarici və daxili düşmənlərimizdən qorunmalıyıq.

Hicran Məmmədova :