2018-2019-cu tədris ili üçün Gəncə şəhər ümumtəhsil məktəblərinin məzunları uğurlu nəticələrlə ilə yeni tədris ilinə başlayacaqlar. Qəbul imtahanında yüksək nəticə göstərən məzunlardan Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbi bitirən Səbinə Alıyevadır. O. III ixtisas qrupu üzrə 668 bal toplayaraq, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub.
Səbinə Alıyeva göstərdiyi yüksək nəticəsi üçün təhsil almış olduğu ümumtəhsil məktəbinə və valideynlərinə öz minnətdarlığını bildirib:
-Haqq-ədalət, dürüstlük, vicdanlılıq uşaqlıqdan valideynlərimiz daha sonra isə müəllimlərimiz tərəfindən bizə aşılanıb.İllər keçdikcə mən haqq-ədalət carçısı yəni hüquqşünas olmağa qərar verdim. Bunun üçün çox çalışdım, həm bir şəxsiyyət olmaq, həm dünyagörüşümü inkişaf etdirmək üçün mütəmadi olaraq dərsdən əlavə mütaliə edir, bədii kitablar oxuyurdum. Düşünürəm ki, şagirdlər yalnız dərslərini çalışmaqla kifayətlənməməli, həmçinin özlərini inkişaf etdirməlidirlər. Hüquqşünaslıq ixtisasına qəbul olduğumu öyrəndiyim an çox sevindim, bu sevinci bütün şagirdlərə arzu edirəm.