Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvləri və qazilərimiz üçün növbəti tibbi aksiyaya start verilir.
15-16 Mart 2024-cü il tarixində Gəncə şəhərində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmir yol Səyyar Klinikasının aksiyası keçiriləcək.
Nizami Gəncəvi prospektində (Mərkəzi Univermağın qarşısında) keçiriləcək aksiya saat 09:00-dan başlayaraq gün ərzində davam edəcək.
Əlaqə nömrəsi: 050 891 94 51