Bu günlər Gəncə Şahmat Məktəbinin yetirmələrinin uğurları bir-birini əvəz edir.Beynəlxalq qrossmeyster Vüqar Rəsulovun Türkiyədə keçirilən Çeşmə Beynəlxalq şahmat turnirində gümüş medala sahib olması şad xəbərin arxasınca Gəncə Şahmat Məktəbinin balaca iti zəkalılarından olan Səadət Bəşirlidən xoş müjdə gəlib. Balaca şahmatçı 10-19 iyun 2017-ci il tarixlərdə Monteneqronun Budva şəhərində keçirilən məktəblilərin Avropa birinciliyində 7 yaşadək şahmatçıların qrupunda uğurlu çıxış edərək gümüş medala sahib olub.
Səadət Bəşirli Monteneqroda gümüş medala sahib olub
müəllif Hicran Məmmədova
müəllif Hicran Məmmədova