Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 12 iyul, saat 12:00-da Gəncə şəhərində Gəncə və Goranboy sakinlərini, nazirin birinci müavini Əli Abdullayev həmin tarixdə Göygöldə rayon sakinlərini qəbul edəcək.
Nazirlikdən “Report”a verilən məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Bunun üçün vətəndaşlar aşağıdakı telefona zəng etməlidirlər.
Gəncə şəhərində 022 2671059
Goranboy rayonunda 022 2452106
Göygöl rayonunda 022 2055013
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt şöbələri və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq.