Ramazan bayramının 10-11 aprel tarixlərinə təsadüf edəcəyi gözlənilir.
Bu məqsədlə Baş nazir Əli Əsədovun Qərarına əsasən, Ramazan bayramında ardıcıl 5 qeyri-iş günü olacaq.
Belə ki, Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Bu da o deməkdir ki, ardıcıl 5 gün – 10,11,12,13 və 14 aprel tarixlərində qeyri-iş günləri olacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.