Türkiyə Böyük Millətlər Məclisində Azərbaycan-Türkiyə arasında əməkdaşlıqla bağlı qanun layihələri qəbul edilib.
Layihələr Türkiyə ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan protokollar və razılaşmaları təsdiqləyən qanun layihələridir.
Parlamentdə qəbul edilən qanun layihələri aşağıdakı kimidir:
– Türkiyə ilə Azərbaycan arasında Polis Təhsilində Əməkdaşlıq Protokolunun ratifikasiyası haqqında qanun layihəsi,
– Türkiyə ilə Azərbaycan arasında Meşəçilik sahəsində əməkdaşlığa dair razılaşmanı təsdiqləyən qanun layihəsi,
– Türkiyə ilə Azərbaycan arasında Mətbuat və İnformasiya Sahələrində Əməkdaşlıq Protokolununun ratifikasiyası ilə bağlı qanun layihəsi,
-Türk Mədəniyyət və Mirası Vəqfi Nizamnaməsinin təsdi ilə bağlı qanun layihəsi.
Mənbə: http://anspress.com/