Yeni Gəncə
  • Azərbaycan
    • Azərbaycan

      Hulusi Kılıç: Azərbaycan Prezidentinin mətbuat konfransındakı fikirləri regionun…

      02/03/2021

      Azərbaycan

      Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ilk…

      26/02/202126/02/2021

      Azərbaycan

      Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr…

      26/02/2021

      Azərbaycan

      Pərvin Kərimzadə: Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı yönəlmiş…

      25/02/202125/02/2021

      Azərbaycan

      Almaniyada yaşayan azərbaycanlı həkimin növbəti uğuru

      25/02/2021

  • Gəncə
    • Gəncə

      YAP Gəncə şəhər 3 saylı ərazi ilk partiya…

      02/03/202102/03/2021

      Gəncə

      Gəncədə “5 mart – Bədən Tərbiyəsi və İdman…

      01/03/2021

      Gəncə

      Şəhər rəhbərliyi qazi və şəhid ailələri ilə görüşüb

      28/02/2021

      Gəncə

      Gəncədə Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkilib

      26/02/202126/02/2021

      Gəncə

      Gəncə şəhər gəncləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad…

      26/02/2021

  • YAP
    • YAP Xəbərləri

      YAP İcra Katibiyində “Xilaskar İlham Əliyev” adlı kitabın…

      23/02/2021

      YAP Xəbərləri

      Yeni Azərbaycan Partiyasının üzvləri Qarabağ Dirçəliş Fonduna 500…

      16/02/2021

      YAP Xəbərləri

      YAP Qarabağ Dirçəliş Fonduna vəsait köçürüb

      16/02/2021

      YAP Xəbərləri

      Çin Kommunist Partiyası YAP-a təmənnasız olaraq 10 min…

      15/02/2021

      YAP Xəbərləri

      YAP və AK Partinin birgə təşkilatçılığı ilə videokonfrans…

      11/02/2021

  • Siyasət
    • Siyasət

      Bu gün Qarabağ üzrə İşçi Qrupun növbəti iclası…

      01/03/2021

      Siyasət

      Türkiyə gəncləri “Xocalıya ədalət” tələb edir FOTO VİDEO

      26/02/202126/02/2021

      Siyasət

      İlham Əliyev: “Türkiyədən ən müasir silah növlərinin alınması…

      26/02/2021

      Siyasət

      Prezident: “10 noyabr bəyanatı tam icra edilməsə Ermənistan…

      26/02/2021

      Siyasət

      Azərbaycan Prezidenti: “Biz bütün hərbi əsirləri qaytarmışıq”

      26/02/2021

  • Sosial
    • Sosial

      5 il ərzində şəhid ailələri və müharibə əlillərinə…

      01/03/2021

      Sosial

      Sülhməramlılar üçün daha dörd modul şəhərcik salındı

      01/03/2021

      Sosial

      Dünyada koronavirusla bağlı vəziyyət necədir?

      01/03/2021

      Sosial

      “Azərişıq” Şuşanın abunəçi kodunu aktivləşdirib

      25/02/2021

      Sosial

      Xocavəndin Ağdam kəndindən videogörüntülər

      24/02/202124/02/2021

  • İqtisadiyyat
    • İqtisadiyyat

      Bu gün xarici valyutaların manata qarşı məzənnələri

      01/03/2021

      İqtisadiyyat

      Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açıb

      01/03/2021

      İqtisadiyyat

      Daxili bazar araşdırmasının aparılmasına dövlət dəstəyi göstərilir

      24/02/202124/02/2021

      İqtisadiyyat

      Kəlbəcərə yeni yolun çəkilməsinə başlanılır

      22/02/2021

      İqtisadiyyat

      Energetika naziri müsabiqədə keçirilən vebinarda təqdimatla çıxış edib

      22/02/2021

  • Mədəniyyət
    • Mədəniyyət

      “Qarabağ Zəfəri” rəsm müsabiqəsinin nəticələri elan olunub

      18/02/2021

      Mədəniyyət

      Haaqada Nizami Gəncəvidən proqram yayımlanıb

      16/02/202116/02/2021

      Mədəniyyət

      Fransada azərbaycanlı fotoqrafların sərgisi açılıb

      10/02/202110/02/2021

      Mədəniyyət

      Xalq rəssamı Kamil Əliyevin 100 illiyi münasibətilə beynəlxalq…

      04/02/202104/02/2021

      Mədəniyyət

      Şəhidlərimizin xatirəsinə həsr olunmuş onlayn sərgi təşkil edilib

      04/02/202104/02/2021

  • İdman
    • İdman

      2032-ci il olimpiadasının məkanı bəlli oldu

      25/02/2021

      İdman

      Avropa çempionu Bakıda fiqurlu konkisürmə yarışlarının keçirilməsini istəyir

      16/02/2021

      İdman

      Para-atletlərimiz Qran-pridə 3 medal qazandılar

      15/02/202115/02/2021

      İdman

      Teymur Rəcəbov: “Karlsenə qarşı oynamaq əla olardı”

      12/02/202112/02/2021

      İdman

      Bu gün Teymur Rəcəbov final üçün mübarizə aparacaq

      12/02/202112/02/2021

  • Müsahibə
    • Müsahibə

      Təzyiqlərin məqsədi işğalçı dövləti xilas etməkdir – Naqif…

      27/10/2020

      Müsahibə

      Naqif Həmzəyev: Ermənistan dinc insanları atəşə tutmaqla barbarlığını…

      23/10/2020

      Müsahibə

      Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir…

      15/09/202015/09/2020

      Müsahibə

      Naqif Həmzəyev: Azərbaycanın milli maraqları beynəlxalq aləmdə qətiyyətlə…

      17/08/202018/08/2020

      Müsahibə

      Pərvin Kərimzadə: Azərbaycanın yeni çağırışlarları, təşəbbüsləri dünyada yüksək…

      11/07/2020

Azərbaycanİlham ƏliyevMehriban ƏliyevaPrezidentŞəhidVideo Xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər FOTO VİDEO

müəllif Hicran Məmmədova 20/01/2021
müəllif Hicran Məmmədova 20/01/2021

Qanlı 20 Yanvar faciəsindən 31 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad etdilər.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoydu. Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

X X X

Otuz bir il əvvəl yanvarın 20-də ölkəmizə ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına axışaraq buna qəti etirazını bildirən xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə gətirib çıxardı. Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Sovet imperiyasının hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldı. Böyük itkilər, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə qovuşmağa can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirdi.

Qanlı 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm də şərəf səhifəsidir. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpası uğrunda savaşmaq əzminə sahibdir. Təəssüf ki, həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi bu qanlı qırğının bilavasitə təşkilatçıları və iştirakçıları olduqlarından nəinki onun açılması və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görmədi, əksinə, bu cinayəti ört-basdır etmək üçün əllərindən gələni etdilər.

Qara 20 Yanvar faciəsindən bir gün sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək qırmızı rejimin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı törədənləri ifşa etməsi o dövrdə xalqımıza dayaq, təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi. Uzun illər Azərbaycana rəhbərlik edən, keçmiş ittifaq dövlətində yüksək vəzifələrdə çalışan, zəngin idarəçilik təcrübəsi və sarsılmaz iradəsi ilə SSRİ rəhbərliyinin qəzəbinə tuş gələrək təqaüdə göndərilən Heydər Əliyev yenə də, bütün məhrumiyyətlərə baxmayaraq, o ağır günlərdə xalqının sırasında, onunla birgə oldu, həmrəy oldu.

Ulu öndər Heydər Əliyev öz bəyanatı ilə, əslində, Azərbaycanda gedən proseslərə qiymət verdi. O, SSRİ rəhbərliyinin Azərbaycana münasibətdə qətiyyən xoşniyyətli davranmadığını diqqətə çatdırdı. Hakimiyyəti həm də onda qınadı ki, Azərbaycana siyasi savadı olmayan, kölə xislətli insanın rəhbər təyin olunması xalqla hakimiyyət arasında dərin uçurumun yaranmasına səbəb olub. Bu uçurumun yaradılması da, ilk növbədə, mərkəzi hakimiyyətin maraqlarına xidmət edirdi və bununla belə, gələcəkdə yaranacaq bütün problemlərin, konkret desək, 20 Yanvar faciəsinin baş verməsinə səbəb olmuşdu.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti 1990-cı il noyabrın 21-də bu hadisəyə ilk dəfə siyasi-hüquqi qiymət verdi. Sovet hakimiyyətinin süqutundan və Azərbaycanın dövlət müstəqilliyinin bərpasında sonra bir müddət başları hakimiyyət uğrunda mübarizəyə qarışan Azərbaycan rəhbərləri xalqımıza qarşı törədilən bu ağır cinayətin səbəblərinin araşdırılması və cinayətkarların müəyyənləşdirilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra – 1994-cü ildə 20 Yanvar hadisələri dövlət səviyyəsində siyasi-hüquqi qiymətini aldı.

Beləliklə, 20 Yanvar faciəsi tarixi yaddaşımızda təkcə kədərli hadisə, hüzn günü kimi qalmadı, onun xalqımızın taleyindəki və tarixindəki yeri məna və mahiyyət baxımından daha mötəbərdir. 20 Yanvar Azərbaycan xalqının tarixinə həm də fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil oldu. Xalqımız XX yüzilliyin sonunda əvəzedilməz qurbanlar verdi, amma əsrlərlə iftixar ediləcək, qürur duyulacaq müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığı ilə müşayiət olunan bir tarix qazandı. Bütün dünyaya sübut etdi ki, biz bir millət olaraq haqq-ədaləti bərqərar etməyə və öz ləyaqətimizi qorumağa qadirik. Odur ki, Qanlı Yanvar Azərbaycan xalqı üçün faciə olmaqdan daha çox ləyaqətini qorumaq baxımından ən uca zirvə, bu yolda hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli səhifədir. Tariximizin bu səhifəsi imperiya güllələrinin səsindən açılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi yazıldı.

Bu gün ulu öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad edib yeni reallıq yaratdı, dəmir yumruq qalib gəldi. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlanılıb və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağa hazırlaşırlar.

0
FacebookTwitterGoogle +

Oxşar xəbərlər

Hulusi Kılıç: Azərbaycan Prezidentinin mətbuat konfransındakı fikirləri regionun...

02/03/2021

Türkiyə gəncləri “Xocalıya ədalət” tələb edir FOTO VİDEO

26/02/2021

İlham Əliyev: “Türkiyədən ən müasir silah növlərinin alınması...

26/02/2021

Prezident: “10 noyabr bəyanatı tam icra edilməsə Ermənistan...

26/02/2021

Azərbaycan Prezidenti: “Biz bütün hərbi əsirləri qaytarmışıq”

26/02/2021

İlham Əliyev koronavirus vaksini hazırlayan bəzi ölkələri sərt...

26/02/2021

İlham Əliyev: “Ballistik raketlər Gəncə, Tərtər, Bərdə və...

26/02/2021

Prezident İlham Əliyev Ermənistanda baş verən hadisələrə münasibət...

26/02/2021

Prezident: “Əsas məqsədimiz bu qanlı cinayətin heç vaxt...

26/02/2021

Prezident İlham Əliyev mətbuat konfransı keçirir

26/02/2021

Sosial şəbəkə

Facebook Google + Instagram Youtube

Son xəbərlər

  • YAP Gəncə şəhər 3 saylı ərazi ilk partiya təşkilatında gənclərlə görüş keçirilib

    02/03/2021
  • Hulusi Kılıç: Azərbaycan Prezidentinin mətbuat konfransındakı fikirləri regionun inkişafı naminə edilmiş çağırışlardır

    02/03/2021
  • DİM bu şagirdlər üçün buraxılış imtahanı keçirəcək

    02/03/2021
  • Gəncədə “5 mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunan veloyürüş keçirilib

    01/03/2021
  • Bu gün xarici valyutaların manata qarşı məzənnələri

    01/03/2021

Haqqımızda

“Yeni Gəncə” qəzeti 1996-cı ildən fəaliyyət göstərir və ölkəmizin ictimai, siyasi, sosial və mədəni həyatında olan yenilikləri oxuculara çatdırır. Redaksiyamız Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edir. “Qaynar Xətt” – (+994) 22 2563237

Facebook Twitter Google + Instagram Pinterest Youtube Snapchat

Ən son yazılar

  • YAP Gəncə şəhər 3 saylı ərazi ilk partiya təşkilatında gənclərlə görüş keçirilib
  • Hulusi Kılıç: Azərbaycan Prezidentinin mətbuat konfransındakı fikirləri regionun inkişafı naminə edilmiş çağırışlardır
  • DİM bu şagirdlər üçün buraxılış imtahanı keçirəcək
  • Gəncədə “5 mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunan veloyürüş keçirilib
  • Bu gün xarici valyutaların manata qarşı məzənnələri

Redaktorun seçimi

  • YAP Gəncə şəhər 3 saylı ərazi ilk partiya təşkilatında gənclərlə görüş keçirilib

    02/03/2021
  • Hulusi Kılıç: Azərbaycan Prezidentinin mətbuat konfransındakı fikirləri regionun inkişafı naminə edilmiş çağırışlardır

    02/03/2021
  • DİM bu şagirdlər üçün buraxılış imtahanı keçirəcək

    02/03/2021

Copyright YeniGence 2018