Gəncə şəhər 26 saylı məktəb-liseydə Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqə qalibi olmuş “Peşəkar doğulmur, öyrədilir” layihəsi üzrə təlimlər uğurla davam edir.
Layihənin keçirilməsində məqsəd İnformasiya KommunikasiyaTexnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi ilə bağlı şagirdlərə robototexnikanın sirlərini öyrətmək, LEGO EV-3 qurğusu ilə işləməyi bacarmaq, müxtəlif robotlar hazırlamaq, onları proqramlaşdırmaq, ümumiyyətlə təməl biliklər verməkdən ibarətdir.
1 noyabr 2019- cu il tarixdən fəaliyyətə başlayan layihə V-VII sinifləri əhatə edib və təlimlərə texnikaya marağı olan uşaqlar cəlb edilib.
Layihə rəhbəri Səbahi Nəsibova bildirib ki, təlimdə iştirak edən hər bir şagird robotları ardıcıl olaraq quraşdırır, proqramlaşdırır, hərəkət verir, səs verir. Hər bir şagirdin öz layihəsi üzrə proqramlaşdırma aparılır. Artıq şagirdlər asandan mürəkkəbə doğru irəliləyirlər. Müstəqil olaraq proqramlaşdırmanı yerinə yetirirlər. Həftə sonu keçirilən test yoxlamaları şagirdlərin Lego Mindstorms EV-3 haqqında daha da ətraflı öyrənmələri üçün zəmin yaradır. Şagirdlər layihəyə daha məsuliyyətlə yanaşırlar.