Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə əlaqədar “Müstəqil vətənin memarı” videofilmi hazırlanıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iyulun 30-da Nizami Kino Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən filmin təqdimatı keçiriləcək.