Yeni Gəncə
  • Azərbaycan
    • Azərbaycan

      Hulusi Kılıç: Azərbaycan Prezidentinin mətbuat konfransındakı fikirləri regionun…

      02/03/2021

      Azərbaycan

      Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ilk…

      26/02/202126/02/2021

      Azərbaycan

      Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr…

      26/02/2021

      Azərbaycan

      Pərvin Kərimzadə: Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı yönəlmiş…

      25/02/202125/02/2021

      Azərbaycan

      Almaniyada yaşayan azərbaycanlı həkimin növbəti uğuru

      25/02/2021

  • Gəncə
    • Gəncə

      YAP Gəncə şəhər 3 saylı ərazi ilk partiya…

      02/03/202102/03/2021

      Gəncə

      Gəncədə “5 mart – Bədən Tərbiyəsi və İdman…

      01/03/2021

      Gəncə

      Şəhər rəhbərliyi qazi və şəhid ailələri ilə görüşüb

      28/02/2021

      Gəncə

      Gəncədə Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkilib

      26/02/202126/02/2021

      Gəncə

      Gəncə şəhər gəncləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad…

      26/02/2021

  • YAP
    • YAP Xəbərləri

      YAP İcra Katibiyində “Xilaskar İlham Əliyev” adlı kitabın…

      23/02/2021

      YAP Xəbərləri

      Yeni Azərbaycan Partiyasının üzvləri Qarabağ Dirçəliş Fonduna 500…

      16/02/2021

      YAP Xəbərləri

      YAP Qarabağ Dirçəliş Fonduna vəsait köçürüb

      16/02/2021

      YAP Xəbərləri

      Çin Kommunist Partiyası YAP-a təmənnasız olaraq 10 min…

      15/02/2021

      YAP Xəbərləri

      YAP və AK Partinin birgə təşkilatçılığı ilə videokonfrans…

      11/02/2021

  • Siyasət
    • Siyasət

      Bu gün Qarabağ üzrə İşçi Qrupun növbəti iclası…

      01/03/2021

      Siyasət

      Türkiyə gəncləri “Xocalıya ədalət” tələb edir FOTO VİDEO

      26/02/202126/02/2021

      Siyasət

      İlham Əliyev: “Türkiyədən ən müasir silah növlərinin alınması…

      26/02/2021

      Siyasət

      Prezident: “10 noyabr bəyanatı tam icra edilməsə Ermənistan…

      26/02/2021

      Siyasət

      Azərbaycan Prezidenti: “Biz bütün hərbi əsirləri qaytarmışıq”

      26/02/2021

  • Sosial
    • Sosial

      5 il ərzində şəhid ailələri və müharibə əlillərinə…

      01/03/2021

      Sosial

      Sülhməramlılar üçün daha dörd modul şəhərcik salındı

      01/03/2021

      Sosial

      Dünyada koronavirusla bağlı vəziyyət necədir?

      01/03/2021

      Sosial

      “Azərişıq” Şuşanın abunəçi kodunu aktivləşdirib

      25/02/2021

      Sosial

      Xocavəndin Ağdam kəndindən videogörüntülər

      24/02/202124/02/2021

  • İqtisadiyyat
    • İqtisadiyyat

      Bu gün xarici valyutaların manata qarşı məzənnələri

      01/03/2021

      İqtisadiyyat

      Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açıb

      01/03/2021

      İqtisadiyyat

      Daxili bazar araşdırmasının aparılmasına dövlət dəstəyi göstərilir

      24/02/202124/02/2021

      İqtisadiyyat

      Kəlbəcərə yeni yolun çəkilməsinə başlanılır

      22/02/2021

      İqtisadiyyat

      Energetika naziri müsabiqədə keçirilən vebinarda təqdimatla çıxış edib

      22/02/2021

  • Mədəniyyət
    • Mədəniyyət

      “Qarabağ Zəfəri” rəsm müsabiqəsinin nəticələri elan olunub

      18/02/2021

      Mədəniyyət

      Haaqada Nizami Gəncəvidən proqram yayımlanıb

      16/02/202116/02/2021

      Mədəniyyət

      Fransada azərbaycanlı fotoqrafların sərgisi açılıb

      10/02/202110/02/2021

      Mədəniyyət

      Xalq rəssamı Kamil Əliyevin 100 illiyi münasibətilə beynəlxalq…

      04/02/202104/02/2021

      Mədəniyyət

      Şəhidlərimizin xatirəsinə həsr olunmuş onlayn sərgi təşkil edilib

      04/02/202104/02/2021

  • İdman
    • İdman

      2032-ci il olimpiadasının məkanı bəlli oldu

      25/02/2021

      İdman

      Avropa çempionu Bakıda fiqurlu konkisürmə yarışlarının keçirilməsini istəyir

      16/02/2021

      İdman

      Para-atletlərimiz Qran-pridə 3 medal qazandılar

      15/02/202115/02/2021

      İdman

      Teymur Rəcəbov: “Karlsenə qarşı oynamaq əla olardı”

      12/02/202112/02/2021

      İdman

      Bu gün Teymur Rəcəbov final üçün mübarizə aparacaq

      12/02/202112/02/2021

  • Müsahibə
    • Müsahibə

      Təzyiqlərin məqsədi işğalçı dövləti xilas etməkdir – Naqif…

      27/10/2020

      Müsahibə

      Naqif Həmzəyev: Ermənistan dinc insanları atəşə tutmaqla barbarlığını…

      23/10/2020

      Müsahibə

      Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir…

      15/09/202015/09/2020

      Müsahibə

      Naqif Həmzəyev: Azərbaycanın milli maraqları beynəlxalq aləmdə qətiyyətlə…

      17/08/202018/08/2020

      Müsahibə

      Pərvin Kərimzadə: Azərbaycanın yeni çağırışlarları, təşəbbüsləri dünyada yüksək…

      11/07/2020

Yeni Gəncə

  • Azərbaycan
    • Azərbaycan

      Hulusi Kılıç: Azərbaycan Prezidentinin mətbuat konfransındakı fikirləri regionun…

      02/03/2021

      Azərbaycan

      Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ilk…

      26/02/202126/02/2021

      Azərbaycan

      Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr…

      26/02/2021

      Azərbaycan

      Pərvin Kərimzadə: Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı yönəlmiş…

      25/02/202125/02/2021

      Azərbaycan

      Almaniyada yaşayan azərbaycanlı həkimin növbəti uğuru

      25/02/2021

  • Gəncə
    • Gəncə

      YAP Gəncə şəhər 3 saylı ərazi ilk partiya…

      02/03/202102/03/2021

      Gəncə

      Gəncədə “5 mart – Bədən Tərbiyəsi və İdman…

      01/03/2021

      Gəncə

      Şəhər rəhbərliyi qazi və şəhid ailələri ilə görüşüb

      28/02/2021

      Gəncə

      Gəncədə Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkilib

      26/02/202126/02/2021

      Gəncə

      Gəncə şəhər gəncləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad…

      26/02/2021

  • YAP
    • YAP Xəbərləri

      YAP İcra Katibiyində “Xilaskar İlham Əliyev” adlı kitabın…

      23/02/2021

      YAP Xəbərləri

      Yeni Azərbaycan Partiyasının üzvləri Qarabağ Dirçəliş Fonduna 500…

      16/02/2021

      YAP Xəbərləri

      YAP Qarabağ Dirçəliş Fonduna vəsait köçürüb

      16/02/2021

      YAP Xəbərləri

      Çin Kommunist Partiyası YAP-a təmənnasız olaraq 10 min…

      15/02/2021

      YAP Xəbərləri

      YAP və AK Partinin birgə təşkilatçılığı ilə videokonfrans…

      11/02/2021

  • Siyasət
    • Siyasət

      Bu gün Qarabağ üzrə İşçi Qrupun növbəti iclası…

      01/03/2021

      Siyasət

      Türkiyə gəncləri “Xocalıya ədalət” tələb edir FOTO VİDEO

      26/02/202126/02/2021

      Siyasət

      İlham Əliyev: “Türkiyədən ən müasir silah növlərinin alınması…

      26/02/2021

      Siyasət

      Prezident: “10 noyabr bəyanatı tam icra edilməsə Ermənistan…

      26/02/2021

      Siyasət

      Azərbaycan Prezidenti: “Biz bütün hərbi əsirləri qaytarmışıq”

      26/02/2021

  • Sosial
    • Sosial

      5 il ərzində şəhid ailələri və müharibə əlillərinə…

      01/03/2021

      Sosial

      Sülhməramlılar üçün daha dörd modul şəhərcik salındı

      01/03/2021

      Sosial

      Dünyada koronavirusla bağlı vəziyyət necədir?

      01/03/2021

      Sosial

      “Azərişıq” Şuşanın abunəçi kodunu aktivləşdirib

      25/02/2021

      Sosial

      Xocavəndin Ağdam kəndindən videogörüntülər

      24/02/202124/02/2021

  • İqtisadiyyat
    • İqtisadiyyat

      Bu gün xarici valyutaların manata qarşı məzənnələri

      01/03/2021

      İqtisadiyyat

      Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açıb

      01/03/2021

      İqtisadiyyat

      Daxili bazar araşdırmasının aparılmasına dövlət dəstəyi göstərilir

      24/02/202124/02/2021

      İqtisadiyyat

      Kəlbəcərə yeni yolun çəkilməsinə başlanılır

      22/02/2021

      İqtisadiyyat

      Energetika naziri müsabiqədə keçirilən vebinarda təqdimatla çıxış edib

      22/02/2021

  • Mədəniyyət
    • Mədəniyyət

      “Qarabağ Zəfəri” rəsm müsabiqəsinin nəticələri elan olunub

      18/02/2021

      Mədəniyyət

      Haaqada Nizami Gəncəvidən proqram yayımlanıb

      16/02/202116/02/2021

      Mədəniyyət

      Fransada azərbaycanlı fotoqrafların sərgisi açılıb

      10/02/202110/02/2021

      Mədəniyyət

      Xalq rəssamı Kamil Əliyevin 100 illiyi münasibətilə beynəlxalq…

      04/02/202104/02/2021

      Mədəniyyət

      Şəhidlərimizin xatirəsinə həsr olunmuş onlayn sərgi təşkil edilib

      04/02/202104/02/2021

  • İdman
    • İdman

      2032-ci il olimpiadasının məkanı bəlli oldu

      25/02/2021

      İdman

      Avropa çempionu Bakıda fiqurlu konkisürmə yarışlarının keçirilməsini istəyir

      16/02/2021

      İdman

      Para-atletlərimiz Qran-pridə 3 medal qazandılar

      15/02/202115/02/2021

      İdman

      Teymur Rəcəbov: “Karlsenə qarşı oynamaq əla olardı”

      12/02/202112/02/2021

      İdman

      Bu gün Teymur Rəcəbov final üçün mübarizə aparacaq

      12/02/202112/02/2021

  • Müsahibə
    • Müsahibə

      Təzyiqlərin məqsədi işğalçı dövləti xilas etməkdir – Naqif…

      27/10/2020

      Müsahibə

      Naqif Həmzəyev: Ermənistan dinc insanları atəşə tutmaqla barbarlığını…

      23/10/2020

      Müsahibə

      Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir…

      15/09/202015/09/2020

      Müsahibə

      Naqif Həmzəyev: Azərbaycanın milli maraqları beynəlxalq aləmdə qətiyyətlə…

      17/08/202018/08/2020

      Müsahibə

      Pərvin Kərimzadə: Azərbaycanın yeni çağırışlarları, təşəbbüsləri dünyada yüksək…

      11/07/2020

Mədəniyyət

Nizami Gəncəvi məqamı – Zakir Muradov yazır

müəllif Nurlana Həbibova 22/01/2021
müəllif Nurlana Həbibova 22/01/2021
Nizami Gəncəvi məqamı – Zakir Muradov yazır

Nizami dühası ilə təmas məkanı

Bəşəriyyətin dahi fikir adamı, “Düyünləmişdir mənim yaxamı doğma Gəncə” deyərək, bütün ömrü boyu öz elindən qırağa çıxmayan Nizami Gəncəvinin son mənzili də bu qədim şəhərdə qərar tutub. Tarixin təlatümləri ilə Gəncə neçə dəfə öz yerini dəyişib və beləcə, dahi şairimizin uyuduğu ərazi şəhərin lap kənarına düşüb. Amma yəqin bu işdə bir hikmət də var. Nizami Gəncəvinin məzarı üstündə ucaldılan möhtəşəm türbə elə şəhərin astanasında, həm də Azərbaycanın qərbi ilə şərqini birləşdirən “ana yol damarı”nın – ölkənin ən böyük magistral avtomobil xəttinin yaxınlığında qərar tutub. Sanki bu amil ona xidmət edib ki, Azərbaycanın dördbir tərəfində yaşayan bütün insanlar, neçə-neçə nəsillərin nümayəndələri öz ürəklərində əbədi qərar tutmuş Nizami sevdasını izhar etmək üçün ömürlərində heç olmazsa, bir dəfə dahi şairimizin ulu məqamı ilə “görüşüb”, onun ruhuna ehtiram göstərməyə fürsət tapa bilsinlər. Bu əlverişli “yol mövqeyi” əlbəttə, ölkəmizin qonaqlarına da aiddir.

Amma xüsusən biz azərbaycanlılar üçün bu məkan bəxtimizə düşən bir “Həqiqət məbədi” anlamı daşıyır. Çünki burada HAQQ YOLUNU NİZAMLAYAN bir dahi uyuyur.

1989-1991-cı illərdə rekonstruksiya olunan, bir neçə il qabaq isə özü və ətrafı əsaslı şəkildə abadlaşdırılan Nizami məqbərəsinin qranit tikilisinin uca nöqtəsinin yer səthindən hündürlüyü 22,5 metrdir.

Nizami Gəncəvi məqbərəsinin layihə müəllifi tanınmış sənətkar, əməkdar memar, mərhum Fərman İmamquliyevdir. Silindrik formalı monumental tikili olan məqbərə Ukraynadan gətirilmiş qırmızı sal qranit bloklarından inşa edilib. Nizami Gəncəvinin adı qızıl xətlə məqbərənin girişində həkk olunub. Abidənin ətrafında park salınıb. Buradakı “Xəmsə qəhrəmanları” adlı bədii-monumental kompozisiyaları isə əməkdar rəssam, mərhum Qorxmaz Sücəddinov yaradıb. Nizami Gəncəvi məqbərə kompleksi 2019-cu ildə ölkə başçısının sərəncamı ilə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibinə qatılıb. Kompleksin direktoru Gülnarə İsmayılovanın sözlərinə görə, hər bir azərbaycanlının lap uşaqlıqdan tanış olduğu qəhrəmanların ibrətamiz əhvalatlarını əks etdirən bu incə zövqlü heykəltəraşlıq nümunələrində Nizami hikmətinin ruhu insanı özünə çəkir.

Qeyd edək ki, Nizaminin 800 illik yubileyi ilə əlaqədar onun qəbri üstündə 1947-ci ildə əhəng daşından tikilmiş 15 metr hündürlüyündə olan məqbərə 20-ci əsrin 80-ci illərindən etibarən 60-cı illərdən onun yaxınlığında fəaliyyətə başlayan alüminium zavodunun havaya buraxdığı aşılayıcı kimyəvi maddələrin təsirindən bərbad hala düşmüşdü. Dahi mütəfəkkirin məzarının onun adına yaraşan şəkildə yenidən qurulması ideyası və təşəbbüsü Ümummilli lider Heydər Əliyevə məxsus olub.

Məqbərənin keşməkeşli tarixçəsi 

Dahi şairin son mənzilindən danışarkən, uzun illər ərzində onun ətrafında cərəyan edən keşməkeşli, hətta bəzi hallarda mistik hadisələri xatırlamaq yerinə düşər.

Nizaminin vəfatından sonra onun qəbri üstündə tikilən və 19-cu əsrədək qalan türbə Azərbaycan ərazisində əlamətdar məkanlardan olub. Bu türbə Qızıl Arslan tərəfindən Şeyx Nizamiyə hədiyyə edilmiş, Gəncə şəhərinə bitişik Həmdünya kəndinin ərazisindədir və görünür, ona görə də buralar “Şeyx düzü”, “Şıx düzü” adlandırılır. “Şıx düzü”ndə aparılan arxeoloji qazıntılar sübut edib ki, ərazi vaxtilə qədim Gəncə şəhərinin və onun ətrafının adlı-sanlı adamlarının dəfn edildiyi yer, buraların bir növ fəxri məzarlığı olub. Uzun illər ərzində Türkiyədən, İrandan, İraqdan, eləcə də Yaxın və Orta Şərqin digər müsəlman ölkələrindən Nizami məqamını ziyarətə gəlirlərmiş. O cümlədən, mövləvilər də Nizamini Şeyxlər Şeyxi adlandıraraq, onu özlərinə mürşid sayırmışlar.

Akademik Həmid Araslı “Nizaminin vəqfi haqqında yeni sənəd” məqaləsində qeyd edir ki, ölümündən sonra Nizaminin qəbri ziyarətgaha çevrilib, şairin öz kəndinin gəlirlərindən başqa, bizə məlum olmayan hökmdarlar və ya bivaris ölən adamlar tərəfindən də bu məqbərəyə vəqflər edilib. XVI əsrdə bu məqbərə çox gəlirli vəqfi olan, gəlib-gedənlərə və yoxsullara hər gün yemək verən, müdərrisləri təmin edən bir xeyriyyə ocağı olub.

Orta əsrlərdə bu ərazilərdə tez-tez vaqe olan təlatümlər Nizami məqbərəsinə də təsirsiz ötüşmür və onun zahiri quruluşunda öz ziyanlı izlərini qoyur.

Daha sonra, 1804-cü ildə Gəncə xanlığı süqut edir. 1826-cı ildə isə Cavad xanın oğlu Uğurlu xan və Qacar şahzadəsi Abbas Mirzənin birləşmiş ordusu ilə rus qoşunları arasında “Şıx düzü”ndə baş verən məşhur Gəncə döyüşü zamanı məqbərə bərbad vəziyyətə düşür. Və o düşən-bu düşən, neçə onilliklər, qərinələr ərzində məqbərənin bəxti gətimir ki, gətirmir.



1. Nizami məqbərəsinin qalıqları (1920-ci illər)

1875-ci ildə İsgəndər bəy Axundov “Kavkaz” qəzetində yazırdı ki, Şeyx Nizami məqbərəsinin tağı uçulub tökülüb, üstündə ilan və kərtənkələlər sürünən kərpic günbəz indi çovğun və istilərdən onun məzarını qoruya bilmir.

1879-cu ildə Həcc ziyarətinə gedən Seyid Əzim Şirvani yolüstü məqbərəni ziyarət etmiş və gördüyü acınacaqlı mənzərədən sarsılmışdı:

Ey Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü ehtişamı dağılan…

Bu arada, 1881-ci ildə Tiflisdə arxeoloqların qurultayı keçirilir, tədbirə rusiyalı və avropalı mütəxəssislər toplaşır. Qurultay keçirilən ərəfədə avropalı arxeoloqlar fürsət tapıb Gəncəyə gəlir, Nizaminin qəbri ilə maraqlanırlar. Onlar məqbərənin kənarından lağım ataraq, məzardan bəzi şeyləri çırpışdırırlar.

Sonralar – 1923-cü ildə alim Mirabbas Mirbağırzadə “Kommunist” qəzetində dərc olunan “Şeyx Nizaminin qəbri” adlı məqaləsində yazırdı: “40-45 il bundan əvvəl avropalı bir heyət gəlib lağım ataraq Nizaminin qəbrindən yazılı başdaşını aparmışdır. Nizaminin qəbrindən həmin başdaşı ilə bərabər, əski məqbərənin günbəzindən uçub tökülən qədim Kufi yazılı kərpiclər də yox olmuşdur”.

19-cu əsrin sonlarında ayrı-ayrı ziyalı və imkanlı şəxslər təmirlə bağlı müəyyən işlər görsələr də, ulu Şeyxin məqbərəsi beləcə, ürəkaçan olmayan halətdə 20-ci əsrə qədəm qoyur.

2. Nizami Gəncəvinin qədim məqbərəsinin sxemi. Ötən əsrin 20-ci illərində təşkil olunmuş arxeoloji ekspedisiyasının materilallarından.

“Molla Nəsrəddin” jurnalı 1908-ci ildə bununla bağlı mal-qara tapdağı olmuş məqbərənin acınacaqlı vəziyyətini əks etdirən və “Camaat! Bu əzim gümbəz şairi-məşhur Nizami Gəncəvinindir… Gəncənin fəxri olan bu mübarək yadigarı qoyunların ziyarətindən qoruyaq” ifadələri ilə şərh olunan karikatura (rəssam Şmerlinq) da vermişdi.

Məqbərənin taleyindən narahat olan ziyalılar hərəkətə keçirlər. Elə həmin “Molla Nəsrəddin” jurnalının təşəbbüsü ilə bu məqsədlə xeyli sərmayə toplanır. 1909-cu ildə gəncəli müəllim Mirzə Məhəmməd Axundzadə “Şeyx Nizami” adlı kitabça nəşr etdirir və gəlirini məqbərənin bərpasına ianə edir.

“Yelizavetpolskiye qubernskiye vedomosti” qəzeti (28.05.1909) yazır: “Əsgər ağa Adıgözəlovun (Gorani – Z.M.) və Ələkbər bəy Rəfibəyovun başçılığı ilə görkəmli müsəlman şairi Şeyx Nizaminin dağılmış abidəsini bərpa etmək məqsədilə, yeni ədəbi cəmiyyət yaradılıb”.

Azərbaycanın sovetləşməsindən sonra Nizaminin qəbri ilə bağlı məsələdə canlanma hiss olunur. 1922-ci ildə Gəncədə “Nizami komissiyası” yaradılır. Amma komissiya o dövrün ifrat bolşevik ab-havasına uyaraq, “qaş düzəltmək əvəzinə, vurub göz çıxarır”, Nizaminin məzarını Gəncə şəhərinin mərkəzinə köçürmək qərarına gəlir. Bu məqsədlə müxtəlif təşviqat tədbirləri təşkil edərək, ianələr də yığılır.

Nizaminin sümüklərini dəfn etmək üçün şəhərin lap mərkəzində, Şah Abbas məscidinin qabağındakı alış-veriş meydanının ortasında qırmızı kərpicdən bir qəbir yeri də hazırlanır. 1923-cü ilin mart ayında məqbərənin içərisində qazıntı işlərinə başlanılır. Əvvəlcə, məqbərənin giriş hissəsində bir qəbir aşkar olunur. Qəbirdən çıxan sümüklər çox incə və ağ olur. Onları yeşiyə yığıb, qazıntını davam etdirirlər. Bir qədər də dərinliyə getdikdə, günbəz və bünövrə qalıqları üzə çıxır. Metr yarım dərinlikdə isə yerin altına açılan və üst qatları uçmuş bir lağım görünür və orada uçub içəriyə tökülmüş daş-torpağı təmizlədikdən sonra aydın olur ki, Nizaminin cənazəsi kəfənə büküldükdən sonra üstündən tirmə ilə sarınıb və palıddan hazırlanmış dörd ayaqlı bir tabuta qoyulub. Tabutun özünün də tirmə ilə sarınması cənazənin çox böyük ehtiram və hörmətlə dəfn edildiyindən xəbər verirdi. Tabutun taxta parçalarının üzərindən qoparılmış tirmə parçaları hazırda Nizami adına Ədəbiyyat Muzeyində saxlanılır.

3. Nizami Gəncəvinin məzarı. 1932-ci il.

Diqqət və maraq doğuran məsələlərdən biri də şairin məzarının tipi və forması ilə bağlıdır. Mirabbas Mirbağırzadə “Şeyx Nizami” (“Yeni fikir”, Tiflis 25.11.1923) adlı məqaləsində yazır: “Nizaminin cənazəsi qoyulan yer qazılıb abirma, adəti-vəchilə qəbirlərdən olmayıb, türklər tərəfindən sapma qəbir deyilən əski üsulca yeraltı bir daxmadan ibarət imiş”.

Beləliklə, Şeyx Nizaminin son mənzili də qədim türk üslubunda qurulmuş kurqan-qəbirdən ibarət olub və onun üzərində XIII-XIV əsr memarlıq abidələri tərzində qülləvari türbə olub.

Gəncədəki qazıntıların “səsi bir qədər sonra çıxır”. Qeyri-peşəkar insanlar tərəfindən aparılan özbaşına qazıntı işlərinə məşhur alim, akademik Bartold “Özbaşına qazıntı və şərqşünaslıq” adlı məqaləsində öz ciddi etirazını bildirir. Azərbaycan Arxeologiya Komitəsinin İdarə Heyəti 26 avqust 1923-cü il tarixli iclasında Gəncə Arxeoloji Cəmiyyətinin üzvlərinə töhmət elan edir.

Dadaş Bünyadzadənin işə qarışması ilə köçürülmə prosesinin dayandırılması ilə məsələ öz həllini tapır. Əli Razi Şamçızadə “Kommunist” qəzetinin 1924-cü il 8 oktyabr tarixli nömrəsində “Bədbəxt şair” başlıqlı məqaləsində bu barədə yazırdı: “Tiflisdən (Azərbaycan artıq SSRİ-nin tərkibinə Zaqafqaziya Federasiyasının üzvü kimi daxil edildiyindən bu şəhər üç respublikanın bir növ, ümumi paytaxtı idi – Z.M.), yoldaş Dadaş Bünyadzadədən teleqraf alındı ki, Şeyx Nizamini yerindən tərpətməyin, öz qəbrində qalsın. Məqbərəsinin planını çəkib göndəriniz, bütün məsarif öhdəmədir”.

Bundan sonra Arxeologiya Komitəsi Mirabbas Mirbagırzadəni oktyabrın 3-də Gəncəyə ezam edir və o, oktyabrın 6-da verilən tapşırığı yerinə yetirərək, Şeyx Nizaminin 6 aya qədər açıq havada, taxta qutunun içində saxlanılan sümüklərini yığıb yenidən köhnə qəbrində dəfn etdirir.

Mirabbas Mirbağırzadə gördüklərini “Şeyx Nizami” adlı məqaləsində belə təsvir edirdi: “Sümüklər, uzun yeşik kimi yapılmış adi bir taxta qutunun içində idi. Üç yerdən mismarlanmış qapağını açdım. Şeyx Nizaminin sümüklərini həmin qızın ağ sümükləri ilə qarışmış gördüm. Qəbirdən çıxarılan sandıq taxtasının parçaları və mıxları da qalan başqa şeylərlə bərabər sümüklərlə qarışmış idi. Şeyx Nizaminin qafa tası bir-birindən ayrılmış və ufaq-ufaq olmuşdu. Sümüklər də çürüməyə başlamış və qəhvə rəngini almışdı…”

Yeni məqbərənin tikilməsi məqsədi ilə şairin qəbrini ətraflı tədqiq etmək üçün 1925-ci il iyunun 19-da bilavasitə Dadaş Bünyadzadənin tapşırığı ilə görkəmli arxeoloq alim, tatar əsilli Cəmil Aleksandroviç-Nəsifi  Gəncəyə gəlir. O, Gəncədə Nizaminin qəbrini tədqiq etməklə bərabər, qəbrin açılmasında iştirak etmiş şair Əli Nəzmi ilə görüşür və ondan qəbirlə bağlı bir çox maraqlı məlumatlar alır. C.Aleksandroviç-Nəsifinin tədqiqatlarının nəticələri onun “Gəncə və Nizaminin qəbri” məqaləsində ətraflı işıqlandırılıb və elə yuxarıda təqdim etdiyimiz faktların çoxu da oradan iqtibas edilib.

Amma Nizaminin məzarı üstündə məqbərə inşa edilməsi məsələsi yenə yubanır. Bu mövzuda 1926-cı ildən elan edilən müsabiqədə bir neçə layihə gözdən keçirilsə də, 1932-ci ildə nədənsə, böyük mütəfəkkirin məzarı üstünə yalnız yeni qəbirüstü daşlar qoyulur və Şeyx Nizami Gəncəlinin (üzərinə məhz belə yazılıb) səhrada tənha  qəbir təsiri bağışlayan başdaşı üzərinə bu abadlaşdırılmanın Xalq Maarif Komissarlığının Baş Elmi İdarəsi tərəfindən icra edildiyi qeyd olunur. Nəhayət, 1940-cı ildə yuxarıda qeyd olunan ağ əhəng daşından tikiləcək layihənin icrasına başlanılır.

Qarşıdan isə Nizaminin 800 illik yubileyi gəlirdi. İ.Stalinin Nizami yaradıcılığına və fəlsəfəsinə xüsusi rəğbəti dahi şairin yubileyinin möhtəşəm keçiriləcəyini təmin edirdi. Artıq Nizaminin portretinin yaradılması üzrə rəssamların müsabiqəsi də yekunlaşmışdı – Qəzənfər Xəlilovun çəkdiyi əsər dahi şairin obrazı kimi təsdiq olunmuşdu.

Lakin həmin il, yəni 1941-ci ildə faşist Almaniyasının SSRİ-yə qəfil hücumu bu yöndə planları pozdu. Məqbərənin tikintisi təxirə düşdü. Amma Nizaminin şərəfinə artıq neçə-neçə elmi və bədii əsərlər yaranmışdı, ciddi araşdırmalar gedirdi. Ağır şəraitə baxmayaraq, blokadadakı Leninqradda Azərbaycanın bu böyük övladının 800 illik yubileyinə həsr olunmuş yubiley tədbirinin keçirilməsi tarixi bir hadisə oldu.

Dahi mütəfəkkirimizin yubileyi faşizm üzərində qələbədən iki il  sonra, 1947-ci ildə bütün SSRİ miqyasında geniş şəkildə qeyd olundu. Elə məqbərənin inşası da həmin il başa çatdırıldı.

Nizaminin hüzurunda uca mətləbli söhbətlər

Şeyx İlyas Yusif oğlu özünə Nizami təxəllüsünü əbəs yerə seçməyib. O, əsərləri ilə dünyanın ilahi nizam qanunlarını müfəssəl izah etməklə və insanlığı bu nizama çağırmaqla bu adı alıb. Böyük “nizam strateqi” Nizami Gəncəvi, bizim xasiyyət, şəxsi keyfiyyət, eləcə də cəmiyyətdəki  mövqelərimizdən asılı olmayaraq, mütləq şəkildə hər birimizin qəlbində müqəddəs bir nur damlası kimi qərar tutub və həmin nur zərrəsi ən ziddiyyətli anlarda belə hər birimiz üçün nizamlayıcı enerji rolu oynaya bilər desək, yanılmarıq. Nizamini dərk edən, onun əsərlərini oxuyan insan heç vaxt bədbəxt ola bilməz. Çünki bu ulu şəxsiyyət bəşəriyyətin hələ yeni-yeni öz orta çağlarına qədəm qoyduğu bir dönəmdə fenomenal nəzəri bilgi və əməli nizam üsullarını öz əsərlərində, həm də gözəl poetik dillə, insana təlqin edib. Onun əsərlərində verdiyi   yaradanla yaradılışın, təbiətlə insanın, canlı aləmlə maddiyyatın,  fikir ilə davranışın harmoniyası məsələlərini bütün dövrlər üçün, bütün dövrlərdə yaşayan insanlar üçün keçərli olan “optimal proqram” hesab etmək olar.

Dahi mütəfəkkirimizin ideyalarını daim öz ürəyində gəzdirərək, ondan başqalarının könlünə də qığılcım payı verənlər heç də az deyil.

Onlardan biri Nizami sevdası ilə səyyahlıq etmiş Əlişir Əhmədlidir. “Mən gənclik illərimdə, otuz ildən də çox olan müddət bundan qabaq, dahi Nizaminin 850 illiyi münasibətilə, heç kimin göstəriş və məsləhəti olmadan, ürəyimin hökmü ilə, o vaxt hələ mövcud olan SSRİ məkanına təkbaşına uzunmüddətli səyahətə çıxmışam. Bir ucu Pribaltikadan, digər ucu  Kamçatka və Uzaq Şərqədək, olduğum yerlərdə keçirdiyim yüzlərlə görüşlərdə, toplantılarda, radio və televiziya studiyalarındakı, mətbuatdakı  müsahibələrdə Azərbaycan xalqının mənəvi qüdrətinin simvolu olan Şeyx Nizami Gəncəvini, onun əsərlərini, fəlsəfəsinin mahiyyətini onlarla xalqın nümayəndələrinə təbliğ etmişəm, millətimizin insansevərliyini, mənəvi dəyərlərini təlqin etmişəm. Bunları əks etdirən “Nizami nurlu səyahət” adı altında 15 kitab yazıb, öz gücümə nəşr etdirmişəm. Bu səyahətdən bir neçə il sonra isə Füzulinin yubileyi ilə bağlı Yaxın Şərq ölkələrini gəzmiş, həmin məqsədlərimi yenə də davam etdirmişəm. Bütün bu əzmi mənə Nizami dühasından gələn tükənməz enerji bəxş edib. Bu gün də 60 yaşımda, Şeyx Nizaminin 880 illiyinə öz töhfəmi verməyə hazıram”, – deyə o bildirir.

Digər bir həmsöhbətimiz isə 86 yaşlı fizik, riyaziyyatçı, şair və nizamişünas, bütün ömrü boyu dahi mütəfəkkirimizin çoxşaxəli elmi nəzəriyyələrinin yorulmaz təbliğatçısı olmuş Sabir Həsənzadədir. Onun söhbəti insan ömrünün qanunauyğunluqlarını Nizaminin öyrətdiyi kimi tam razılıqla qarşılamaq fəsəfəsinin ruhuna uyğundur: “Mən dərk edirəm ki, ömrümün son anlarıdır. Artıq günlərimin çoxunu yataqda keçirirəm… Uşaqlığımdan Nizami dünyasının vurğunu olmuşam. Yəni şüurlu ömrümü Nizami ilə başlamışam. Onu son dəfə ziyarət etməklə də ömrü yekunlaşdırmaq istəyirəm. Həyatı Nizami ilə dərk edib, Nizami ilə başa vuran nə bəxtiyardır! Başlanğıcda da, sonda da Nizamidir! Mənim şəxsi qənaətimə görə, Nizami peyğəmbər olmasa da, bu dünyaya xüsusi missiyanın yerinə yetirilməsi üçün gəlib. Onun əsərlərində insanlara anladılan humanist və elmi qanunauyğunluqların izahını da bir növ, “Quran”ın bəşər övladı qarşısında qoyduğu məqsədlərə çatmaq üsulları hesab edirəm”.

… Azərbaycan Prezidenti İlham Əliyev qədəm qoyduğumuz yeni ili dahi şair və mütəfəkkirimizin adı ilə bağladı. 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi zəfər sevinci yaşayan və əməllərində dahi mütəfəkkirin ümumbəşəri ideyalarınıa sadiq millətimizdə  böyük ruh yüksəkliyi və qürur hissləri yaradıb.

Bir neçə gün  əvvəl “Nizami ili”nin ilk tədbiri Gəncədə, Müdafiə Nazirliyi tərəfindən  keçirildi. Nizaminin məqbərəsini ziyarət edərkən qalib Ordumuzun zabitləri Vətən müharibəsindəki tarixi zəfərimizlə səsləşən “Nizami ili”nin ilk tədbirinin hərbçilərimiz iştirakı ilə keçirilməsində böyük hikmət olduğunu qeyd etdilər.

Doğrudan da, millətimizin Ali Baş Komandan ətrafında sıx birləşərək, qələbə ilə başa vurduğu Vətən müharibəsindən sonra “Nizami ili”nə qədəm qoyması tariximizin yeni, daha böyük uğurlar gətirəcək erasının başlanğıcına işarədir. Çünki hər bir yaxşı işinin başlanğıcında Nizaminin ruhu durur!

0
FacebookTwitterGoogle +

Oxşar xəbərlər

“Qarabağ Zəfəri” rəsm müsabiqəsinin nəticələri elan olunub

18/02/2021

Haaqada Nizami Gəncəvidən proqram yayımlanıb

16/02/2021

Fransada azərbaycanlı fotoqrafların sərgisi açılıb

10/02/2021

Xalq rəssamı Kamil Əliyevin 100 illiyi münasibətilə beynəlxalq...

04/02/2021

Şəhidlərimizin xatirəsinə həsr olunmuş onlayn sərgi təşkil edilib

04/02/2021

Leyla Əliyeva Azərbaycan əsgəri haqqında

04/02/2021

Bəhramın anadan olması – Nizaminin “Yeddi gözəl”i Mir...

03/02/2021

“Xalq şairi olmayan xalqın şairi” adlı yeni kitab...

03/02/2021

Azərbaycanı “Avroviziya – 2021″də təmsil edəcək müğənni müəyyənləşib

03/02/2021

Mərkəzi Elmi Kitabxanada 500 ilə yaxın yaşı olan...

01/02/2021

Sosial şəbəkə

Facebook Google + Instagram Youtube

Son xəbərlər

  • YAP Gəncə şəhər 3 saylı ərazi ilk partiya təşkilatında gənclərlə görüş keçirilib

    02/03/2021
  • Hulusi Kılıç: Azərbaycan Prezidentinin mətbuat konfransındakı fikirləri regionun inkişafı naminə edilmiş çağırışlardır

    02/03/2021
  • DİM bu şagirdlər üçün buraxılış imtahanı keçirəcək

    02/03/2021
  • Gəncədə “5 mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunan veloyürüş keçirilib

    01/03/2021
  • Bu gün xarici valyutaların manata qarşı məzənnələri

    01/03/2021

Haqqımızda

“Yeni Gəncə” qəzeti 1996-cı ildən fəaliyyət göstərir və ölkəmizin ictimai, siyasi, sosial və mədəni həyatında olan yenilikləri oxuculara çatdırır. Redaksiyamız Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edir. “Qaynar Xətt” – (+994) 22 2563237


Facebook Twitter Google + Instagram Pinterest Youtube Snapchat

Ən son yazılar

  • YAP Gəncə şəhər 3 saylı ərazi ilk partiya təşkilatında gənclərlə görüş keçirilib
  • Hulusi Kılıç: Azərbaycan Prezidentinin mətbuat konfransındakı fikirləri regionun inkişafı naminə edilmiş çağırışlardır
  • DİM bu şagirdlər üçün buraxılış imtahanı keçirəcək
  • Gəncədə “5 mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunan veloyürüş keçirilib
  • Bu gün xarici valyutaların manata qarşı məzənnələri

Redaktorun seçimi

  • YAP Gəncə şəhər 3 saylı ərazi ilk partiya təşkilatında gənclərlə görüş keçirilib

    02/03/2021
  • Hulusi Kılıç: Azərbaycan Prezidentinin mətbuat konfransındakı fikirləri regionun inkişafı naminə edilmiş çağırışlardır

    02/03/2021
  • DİM bu şagirdlər üçün buraxılış imtahanı keçirəcək

    02/03/2021

Copyright YeniGence 2018