Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə səyyar görüşləri davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər zamanı sakinləri narahat edən məsələlər yerində araşdırırlır.
“Açıq mikrofon” şəraitində keçən növbəti görüşdə Niyazi Bayramovla yanaşı millət vəkili Musa Quliyev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Gəncə şəhər 31 nömrəli tam orta məktəbdə təşkil olunan səyyar görüşdə əvvəldə təhsil müəssisəsinin şəhid məzunlarının xatirəsinə yaradılan güşə ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Şəhid ailələri və qazilərin üstünlük təşkil etdiyi görüşdə sakinlərin müraciətləri tək-tək dinlənilib. Müraciətlərin əsasını işlə təminat, maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri və digər məsələlər təşkil edib.
Səsləndirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün aidiyyətı üzrə tapşırıqlar verilib.