Məlum olduğu kimi, bu gün Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov səsvermədə iştirak edib. Şəhər rəhbəri səhər saatlarında 39 saylı Gəncə II seçki dairəsinin 4 saylı seçki məntəqəsinə gələrək səs verib.
Məlumat üçün bildirək ki, Gəncə şəhəri üzrə 4 Dairə Seçki Komissiyası – 38 saylı Gəncə I, 39 saylı Gəncə II, 40 saylı Gəncə III və 41 saylı Gəncə-Samux-Goranboy seçki dairələridir. Şəhər üzrə ümumilikdə 133 seçki məntəqəsi mövcuddur. Gəncə şəhəri üzrə səsvermə hüququ olan vətəndaşların sayı 181 247 nəfərdir. Gəncə şəhər Kəpəz və Nizami bələdiyyələrinə ümumilikdə 38 üzv seçiləcək ki, bu yerlər üçün də 4 DSK üzrə 84 nəfər mübarizə aparır.