Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Vətən müharibəsi veteranı Rüfət Qurbanovun yas mərasimində iştirak edib. Mərasimə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, bələdiyyə sədrləri və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da qatılıblar.
Şəhər rəhbəri mərhum Rüfət Qurbanovun ailə üzvlərinə başsağlığı verib, Allahdan ona rəhmət diləyib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi iştirakçısı olan Rüfət Qurbanov Rusiyanın Moskva şəhərində yerləşən xəstəxanaların birində beyin əməliyyatı olub. Lakin əməliyyatdan sonra onun halı pisləşərək dünyasını dəyişib.
Xatırladaq ki, Rüfət Qurbanov Vətən müharibəsində Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib.

